Thymus trautvetteri Haqqinda Melumat - Vikipedia

Thymus trautvetteri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Trautvetter kəklikotu

(Thymus trautvetteri səhifəsindən istiqamətləndirilmişdir)

Trautvetter kəklikotu (lat. Thymus trautvetteri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc + 3bcd; B1ab(i, iii) + 2ab(ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Trautvetter kəklikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması redaktə

Qafqaz.

Statusu redaktə

Azərbaycanın nadir və relikt növüdür. En A2abc+3bcd; B1ab(i,ii,iii)+2ab(i,ii,iii).

Bitdiyi yer redaktə

Orta dağ zolağında çınqıllı yamaclarda bitir.

Təbii ehtiyatı redaktə

Azərbaycanda arealı dardır.

Bioloji xüsusiyyətləri redaktə

Sürünən zoğları olmayan ağ keçətüklü yarımkolcuqdur. Çiçək saplaqlı budaqların hündürlüyü 3-5 sm, çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı olub, enli-yumurtavari formadadır və uzunluğu 4–7 mm, eni 2–4 mm olub hər iki tərəfdən qısa tükcüklərlə və nöqtəli vəziciklərlə örtülmüşdür. Yar¬paq¬ların yan damarcıqları üstə çıxandır. Çiçək qrupu başcıqlıdır. Çiçək sap¬laqları kasacıqdan qısa, uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Kasa¬cığı zəngvari, uzunluğu 3-3,5 mm, uzun tükcüklü, yuxarı dişcikləri kəna¬rında sıx tükcükcüdür. Çiçək tacı ağ borucuqlu və bənövşəyi büküklüdür. V-VII aylarında çiçəkləyir, VII-VIII aylarında meyvə verir.

Çoxalması redaktə

Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri redaktə

Başlıca olaraq insan fəaliyyə¬tidir.

Becərilməsi redaktə

Becərilməsi haqda məlumat yoxdur.

Qısa morfoloji təsviri redaktə

Çiçək budaqları 3-5 sm hündürlükdə ağ keçəli yarımkolcuqdur. Yarpaqları enli-yumurtavari, 4–7 mm uzunluqda, 2-4, 5 mm enində, hər iki tərəfdən qısa tükcüklərlə və vəziciklərlə örtülmüşdür. Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları kasacıqdan qısa, uzun tüklərlə örtülmüşdür. Kasacıq zəngvari, 3-3,5 mm uzunluqda, uzuntükcüklüdür. Tac ağborulu və bənövşəyi büküşlüdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri redaktə

Çiçəkləməsi may-iyul, meyvə əmələgətirməsi iyul-avqust aylarına təsadüf edir. Kserofitdir bitkidir. Orta dağ qurşağında çınqıllı yamaclarda rast gəlinir. Efiryağlı bitkidir və dərman bitkisidir.

Yayılması redaktə

Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu – Buzaçar və Vərgədüz kəndləri ətrafı; Masallı rayonu – Viləşçay dərəsi kəndləri ətrafı; Yardımlı rayonu – Prembel, Daştəpə kəndləri ətrafı) və Diabar ərazisidir (Bizeyir, Qosmolyan, Pirasora, Nisli, Mistan kəndləri ətrafı, Buzurbard dərəsi, Hacıçaydərəsi).

Sayı və tendensiyası redaktə

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər redaktə

Əhali tərəfindən intensiv toplanılmasıdır.

Mühafizə tədbirləri redaktə

Yayılma yerlərində mühafizə tədbirlərinin həyata keçirilməsi tələb olunur.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024