Tilia americana Haqqinda Melumat - Vikipedia

Tilia americana Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Amerika cökəsi

(Tilia americana səhifəsindən istiqamətləndirilmişdir)

Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.

Amerika cökəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır.

Botaniki təsviri redaktə

Hündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir. Meyvələri yumru, açıq sarı rəngli, diametri 8-10 mm, quru qutucuqlardır.

Ekologiyası redaktə

Amerika cökəsi yumşaq iqlimi olan rayonlarda becərilə bilər.

Azərbaycanda yayılması redaktə

Respublıkamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir.

İstifadəsi redaktə

Yarpaqları və çiçəkləri yeməlidir. Çiçəklərin aktiv maddələrinə flovonoidlər, efir yağları daxildir. Bol nektarı həşaratların müxtəlif növləri tərəfindən istifadə olunur. Taxta əşyaların, qatar korpuslarının düzəldilməsində istifadə edilir. Cökənin çiçəklərindən hazırlanan çay xoş qoxuya malikdir. Tərkibində büzücü təsirə malik olan taminlər vardır.

Sinonimləri redaktə

    • Tilia americana var. americana[2]

Yarımnövləri redaktə

İstinadlar redaktə

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 514.
  2. Amerika cökəsi:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax redaktə


Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024