Tixius Haqqinda Melumat - Vikipedia

Tixius Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tixius (lat. Tychius) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ.

Tixius
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Tixius
Beynəlxalq elmi adı
  • Tychius

Xarici quruluşu redaktə

Tixiuslar 2–3 mm böyüklükdə olmaqla, bədənləri və qanadlarının üzəri sıx sarı və qızılı pulcuqlarla örtülmüşdür. Böcəklərin xortumu nazik və xeyli uzundur. Sürfələri çirkli-ağ rəngdədir. Ayaqsızdır. Başın rəngi sarı ilə qəhvəyi arasında dəyişir. Müəyyənləşdirilmişdir ki, Azərbaycanda toxumluq yonca bitkisinə üç növ tixius: sarı (Tychius flavus Beck.), kürən (Tychius femoralis Bris.) və fır (Tychius medicaginis Bus.) böyük zərər vurur.

Həyat tərzi redaktə

Yonca tarlalarında bu zərərvericilər torpağın 5-15 sm dərinliyində böcək fazasında qışlayır. Böcəklər mart ayında qışlama yerlərindən çıxmağa başlayır və onlar havalar bir az isindikdən sonra qidalanır, əsasən yarpaqları, gövdələri yeyir, bəzən isə qönçə və çiçəkləri də zədələyir. Bir müddətdən sonra böcəklərin cinsi məhsulları yetişir. Bu proses, adətən, yoncada yaşıl paxlaların əmələgəlmə dövrünə düşür. Onlar yumurtasını paxla boşluğuna qoyur. Əvvəlcə kürən, 5-6 gündən sonra isə sarı tixius yumurta qoymağa başlayır. Böcəklərin daxilində yumurtalar tədricən yetişdiyinə görə yumurtaqoyma müddəti xeyli uzanır. Bir paxla daxilində 1-5 yumurta qoyulur. Yumurtalardan çıxan sürfələr paxla daxilindəki toxumlarla qidalanaraq inkişaf edir və böyüyür. Hər bir sürfə ömrü boyu 2-7-yə qədər toxum yeyə bilir. Toxumların mum yetişmə dövründə sürfələr torpağa keçir və orada 7-9 gün müddətində pup fazasına keçir. Pup dövrü 9-11 gün çəkir, sonra onlardan çıxan böcəklər qışlamaq üçün torpaqla qalır. Böcəklər yoncadan əlavə başqa bitki sahələrində də qışlaya bilir. Yoncanın qönçələmə dövründə həmin böcəklər başqa sahələrdən yonca tarlalarına keçir.

Yayılması redaktə

Avropa, Ön Asiya, Çin, Pribaltikanın şimalında, Qafqazda, Qərbi Sibirdə regionlarında, Orta AsiyaCənubi Qazaxıstanda yayılıb. Azərbaycanda isə yonca əkilən bütün rayonlarda yayılıb.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 197 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024