Tobi Maquayr Haqqinda Melumat - Vikipedia

Tobi Maquayr Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tobias Vinsent Maquayr (ing. Tobias Vincent Maguire, 27 iyun 1975) — ABŞ aktyoru və kino prodüseri. Sem Reyminin Hörümçək-adam filmlərindəki (2002–2007) rolu ilə məşhurlaşıb, 2021-ci ildə nümayiş olunan Hörümçək-adam: Evə yol yoxdur filmində rolunu yenidən canlandırıb.

Tobi Maquayr
ing. Tobey Maguire
Maquayr 2014-cü ildə Toronto Beynəlxalq Film Festivalında
Maquayr 2014-cü ildə Toronto Beynəlxalq Film Festivalında
Doğum adı Tobias Vincent Maguire
Doğum tarixi (48 yaş)
Doğum yeri Santa Monika, Kaliforniya, ABŞ
Vətəndaşlığı
Uşağı 2
Partnyoru

Cennifer Meyer

(2007–2016)
Fəaliyyəti
Fəaliyyət illəri 1988–hal-hazırda
Mükafatları «Saturn» (1999, 2005)
IMDb ID0001497
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və ailəsi redaktə

Tobias Vinsent Maquayr 27 iyun 1975-ci ildə Kaliforniyanın Santa Monika şəhərində Vendi Braun və Vinsent Maquayrın ailəsində dünyaya gəlib.[2][3] Onun iki yaşı olarkən valideynləri ayrılıb, Maquayr uşaqlığının çox hissəsini digər ailə üzvləri ilə yaşamalı olub.

Maquayr uşaq olarkən aşpaz olmaq fikrində idi, anası 100 dollar verib onu drama təhsili almağına razı salmışdı. Oxuduğu məktəbin mühiti ona pis təsir etmişdi, təhsilini yarıda qoyaraq aktyorluq karyerasına davam etməli oldu.

Hollivud ulduzu Tobey Maguire kinoda debütunu "Bu oğlanın həyatı" dramatik filmi ilə edib. Bu filmdə onun tərəf müqabilləri məşhur aktyorlar Robert de NiroEllen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino-aləmində tanınan Maquayr "Hörümçək-adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb.

Şəxsi həyatı redaktə

Maquayr 1992-ci ildən vegetarian idi, 2009-cu ildə isə vegan olmağa qərar verdi. Maquayr 19 yaşından içki problemləri ilə çətinlik çəkib.

2003-cü ildə o, Universal Studios-da Seabiscuit filminin çəkilişləri zamanı zərgərlik dizayneri Cennifer Meyerlə tanış oldu və onlar 2006-cı ilin aprelində nişanlandılar. Həmin ilin noyabrında onların qızı anadan oldu.[4] Meyerin atası Universal Studios-un rəhbəri Ronald Meyer, Maquayr 2003-cü ildə Hörümçək-adam 2-dən qovulduqdan sonra işini bərpa etməsi üçün ona kömək edib. Maquayr və Meyer 3 sentyabr 2007-ci ildə Havayda ailə həyatı qurdular.[5] ​​2009-cu ilin may ayında onların ikinci övladı, bir oğulu dünyaya gəldi.[6] 18 oktyabr 2016-cı ildə cütlük doqquz illik evlilikdən sonra ayrıldıqlarını elan etdilər.[7] 2020-ci ildə Meyer dörd illik ayrılıqdan sonra boşanmaq üçün ərizə verdi.[8]

Filmoqrafiya redaktə

İl Film Rolu Qeydlər
1989 Sehrbaz Lucas' goon at Video Armageddon Uncredited
1991 —
1992
Eerie Indiana Episode 8 'The Dead Letter' Trip McConnel TV Series
1992 Great Scott! Scott Melrod TV Series
1993 This Boy's Life Chuck Bolger
1994 Healer Teenager
Revenge of the Red Baron Jimmy Spencer
1995 Empire Records Andre Scenes Deleted
1996 Joyride J. T
1997 The Ice Storm Paul Hood
Deconstructing Harry Harvey Stern/Harry's Character
1998 Fear and Loathing in Las Vegas Hitchhiker
Pleasantville David
1999 Ride with the Devil Jake Roedel
The Cider House Rules Homer Wells
2000 Wonder Boys James Leer
2001 Don's Plum Ian Shot 1995–1996,
premiere 2001,
blocked in U. S. and Canada by DiCaprio and Maguire,
black and white Ian
Pişiklər və itlər Lou the Beagle (voice)
2002 Hörümçək-adam Hörümçək-adam
2003 Seabiscuit Red Pollard
2004 Hörümçək-adam 2 Peter Parker/Spider-Man
2006 The Good German Lt. Patrick Tully
2007 Hörümçək-adam 3 Peter Parker/Spider-Man
2008 Tropic Thunder Cameo in fake trailer "Satan's Alley"
2009 Qardaşlar Sam Cahill
2011 The Details Sam Cahill
2013 Böyük Qetsbi Nik Karravey
Labor Day Henri Viler Sam Cahill
2014 Pawn Sacrifice Bobbi Fişer
2017 The Boss Baby Adult Tim Templeton (Voice) / Narrator
2021 Hörümçək-adam: Evə yol yoxdur Piter Parker / Hörümçək-adam
2022 Babylon James McKay

İstinadlar redaktə

  1. 1 2 http://www.imdb.com/date/06-27/.
  2. "Tobey Maguire: Eyes right for a tired superhero" (ingilis). 2007-05-04. 2012-07-20 tarixində arxivləşdirilib (#archive_missing_url).
  3. "Tobey Maguire: The boy behind the mask" (ingilis). 2003-10-24. 2019-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  4. Thomas, Karen. "Maguire unveils infant Ruby". USA Today (ingilis). 2007-02-01. 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  5. "Tobey Maguire Marries Jennifer Meyer in Hawaii". People (ingilis). 2007-09-04. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  6. "https://people.com/parents/tobey-maguire-reveals-baby-sons-name/". People (ingilis). 2009-07-03. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  7. Loinaz, Alexis L. "Tobey Maguire and Wife Jennifer Meyer Split After 9 Years of Marriage". People (ingilis). 2016-11-18. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  8. Boucher, Ashley. "Jennifer Meyer Files for Divorce from Tobey Maguire 4 Years After Split". People (ingilis). 2020-10-30. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.

Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024