Tofiq İsmayılov (rejissor) Haqqinda Melumat - Vikipedia

Tofiq İsmayılov (rejissor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tofiq İsmayılov (rejissor)

Tofiq Hüseyn oğlu İsmayılov (6 aprel 1939, Bakı şəhəri, Azərbaycan SSR25 mart 2016, Bakı şəhəri, Azərbaycan Respublikası) — Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın Respublikasının Xalq Artisti (2008), elmlər doktoru.

Tofiq İsmayılov
Tofiq Hüseyn oğlu İsmayılov
Tofiq İsmayılov
Tofiq İsmayılov
Doğum adı Tofiq Hüseyn oğlu İsmayılov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Azərbaycan
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ (1939-1991)
Azərbaycan Azərbaycan (1991-2016)
Həyat yoldaşı Səidə İsmayılova
Uşaqları qızları:
Sevinc İsmayılova, Vəfa İsmayılova, Aygül İsmayılova
Atası Hüseyn İsmayılov
Fəaliyyəti Kinorejissor
Kinodramaturq
Nasir
Təhsili M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsi (1958-1962)
M. A. Əliyev adına Teatr İnstitutunun Rejissorluq fakültəsi (1962-1968)
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987
IMDb ID1435868

Həyatı redaktə

Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M.A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958-1962), sonra rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967-1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968-1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969-1988).[1] Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.[2] 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988-1994). 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992-2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.[3] Məzarı Yasamal qəbiristanlığındadır.

Əsərləri redaktə

  1. Qonşular. Bakı: Gənclik, 1978,
  2. Sevinc yuxusu. Bakı: Gənclik, 1979, 38 səh.
  3. Şəkil teatrı. Bakı: Gənclik, 1978, 16 səh.
  4. Şəkil kino. Bakı: Gənclik, 1983, 16 səh.
  5. Diş ağrısı. Bakı: Gənclik, 1986, 92 səh.
  6. Türk Cumhuriyyetleri sinema tarihi (3 ciltte).
  7. Türk dünyası kino sənəti. 2009
  8. Kinoya gedən pişik (hekayə və pyeslər), 2011

Filmoqrafiya redaktə

Filmin adı İl Rejissor Ssenari
müəllifi
Aktyor
Şəhərimizin daşları 1968 Hə Y Yox N Yox N
İntizar 1970 Hə Y Hə Y Hə Y
Oxuyur Müslüm Maqomayev 1971 Hə Y Hə Y Yox N
Yoxlanılmış, inanılmış... 1971 Hə Y Yox N Yox N
Gilas ağacı 1972 Hə Y Yox N Yox N
Yaşıl işıq 1972 Hə Y Hə Y Yox N
Yollar 1972 Hə Y Yox N Yox N
Bizim küçənin oğlanları 1973 Hə Y Yox N Yox N
Çarvadarların izi ilə 1974 Hə Y Yox N Yox N
Hədiyyə 1974 Hə Y Hə Y Yox N
Yeni üsul 1974 Hə Y Yox N Yox N
Vulkana doğru 1977 Hə Y Yox N Yox N
Azərbaycanın palçıq vulkanları 1979 Hə Y Hə Y Yox N
Çovqan oyunu 1979 Hə Y Hə Y Yox N
Lahıc 1979 Hə Y Hə Y Yox N
Mən mahnı qoşuram 1979 Hə Y Hə Y Yox N
Əzablı yollar 1982 Hə Y Yox N Yox N
Musiqi müəllimi 1983 Hə Y Hə Y Yox N
Yaxşı qurtardıq 1985 Hə Y Yox N Yox N
Xüsusi vəziyyət 1986 Hə Y Yox N Yox N
Yay gününün xəzan yarpaqları 1986 Hə Y Yox N Yox N
Sürəyya 1987 Hə Y Yox N Yox N
Ölsəm... bağışla 1989 Yox N Yox N Hə Y
Son tamaşa 1989 Hə Y Hə Y Yox N
Özüm və zaman haqqında 1991 Hə Y Hə Y Yox N
Prima 1994 Hə Y Hə Y Yox N
Otel otağı 1998 Yox N Yox N Hə Y
İstanbul reysi 2010 Yox N Yox N Hə Y
Maestro 2011 Hə Y Hə Y Yox N

İstinadlar redaktə

  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
  3. "Azərbaycanın xalq artisti vəfat etdi". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • "Rejissor taleyinin zirvələri" //"Pəncərə" jurnalı.- 2009, № 21. - səh. 72-79.

Xarici keçidlər redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024