Toksoplazmoz Haqqinda Melumat - Vikipedia

Toksoplazmoz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Toksoplazmozinsanlardaheyvanlarda Toksoplasma gondii tərəfindən törədilən parazitar xəstəlik.[3][4] Toksoplazmoz infeksiyaları müxtəlif neyropsixiatrik və hərəkət vəziyyətləri ilə əlaqələndirilir.[5] Əksər hallarda xəstəlik simptomsuz keçir.

Toksoplazmoz
Optik mikroskopda toksoplazma
Optik mikroskopda toksoplazma
XBT-10 B58.
XBT-10-KM B58.9, B58
XBT-9 130
XBT-9-KM 130.9[1][2], 130[1][2], 130.7[2]
DiseasesDB 13208
MedlinePlus 000637
eMedicine med/2294 
MeSH D014123
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnfeksiyanın mənbəyi ev və vəhşi heyvanların müxtəlif növləridir (180-dən çox) (pişiklər, itlər, dovşanlar, yırtıcılar, ot yeyənlər, gəmiricilər).

Epidemiologiyası redaktə

Toksoplazmoz infeksiyası bütün dünyada geniş yayılıb, lakin infeksiya nisbətləri ölkələrə görə əhəmiyyətli dərəcədə dəyişir.[6] Reproduktiv yaşda olan qadınlar üçün 44 ölkədə aparılan 99 tədqiqatın nəticələrinə görə, ən çox yayılma zonaları Latın Amerikası (təxminən 50–80%), Şərqi və Mərkəzi Avropanın bir hissəsidir (təxminən 20–60%), Yaxın Şərq (təxminən 20–60%), Cənub-Şərqi Asiyanın bir hissəsi (təxminən 20–60%) və Afrikanın bir hissəsidir (təxminən 20–55%).[6]

Parazit, hamiləlik vaxtı yoluxduğu zaman döl üçün xüsusi təhlükə yaratdığından[7] T. gondii ilə bağlı qlobal epidemioloji məlumatların əksəriyyəti reproduktiv yaşda olan qadınlarda aparılan seropozitiv testlərdən əldə edilir. Seropozitiv testlər qanda T. gondii-yə qarşı antitellərin olub-olmamasını müəyyən edir, buna görə də seropozitivlik insanın parazitə məruz qalmasına zəmanət versə də, onların xroniki yoluxmasına zəmanət vermir.[8]

Yoluxma yolları redaktə

İnsanın infeksiyaya yoluxması çiy ət məhsulları və yumurta yeyərkən baş verir. Ətdəki toksoplazma ət 67 °C-ə qədər qızdırıldıqda və ya −13 °C-ə qədər soyuduqda ölür.[9] Patogen selikli qişalara və zədələnmiş dəriyə daxil olduqda yoluxma istisna edilmir. Hamilə vaxtı infeksiyaya yoluxma şansı çoxdur.

Bədəndə parazitin yaranmasına kömək edən və toksoplazmoz riskini artıran amillər:

Klinik şəkili redaktə

 
Anadangəlmə toksoplazmozlu uşaq

Toksoplazmoz anadangəlmə və qazanılmış (kəskin və xroniki) olur. Anadangəlmə toksoplazmoz zamanı ana bətnində dölün ölümü, yeni doğulmuş uşağın ümumi infeksiya nəticəsində ölümü və ya (sağ qalanlarda) sinir sisteminin, gözlərin və digər orqanların zədələnməsi, əqli gerilik, oliqofreniya olur. Anadangəlmə toksoplazmozda oliqofreniya ağır dərəcəyə çatır və həyatın ilk aylarından özünü büruzə verir.[10]

Kəskin qazanılmış formasında xəstəlik yüksək hərarət, qaraciyərin, dalağın böyüməsi, sinir sisteminin ilkin zədələnməsi (baş ağrısı, qıcolmalar, qusma, iflic və s.) ilə davam edir. Toksoplazmoz latent (gizli) formada da baş verə bilər.

Diaqnostikası redaktə

 
MRI: MRT: Serebral toksoplazmoz (şəklin sol və aşağı hissəsi). QİÇS xəstəsi olan 48 yaşlı qadın

İnsanlarda toksoplazmozun diaqnozu bioloji, seroloji, histoloji və ya molekulyar üsullarla qoyulur.

T. gondii polimeraza zəncirvari reaksiyasından istifadə edərək qanda, amniotik mayedə və ya onurğa beyni mayesində də aşkar edilə bilər.[11]

İmmunoqlobulin G səviyyəsi flüoresan reaksiya ilə müəyyən edilir.

Antitellərin səviyyəsi xəstəliyin başlanğıcından 1–2 ay sonra maksimum səviyyəyə çatır və sonradan qeyri-müəyyən müddətə qeydə alınır.

ELISA testi[12] IgM (İmmunoqlobulin G) səviyyəsinin təhlilində seçim üsuludur, onun köməyi ilə onların konsentrasiyasında artım infeksiyadan 2 həftə sonra qeyd olunur.

IgM-nin pik konsentrasiyası bir ay ərzində əldə edilir. Onlar adətən 6–9 aydan sonra yox olur, lakin bəzi hallarda 2 və ya daha çox il ərzində vaxtaşırı aşkarlana bilər, bu da infeksiyanın kəskin və xroniki formalarını ayırd etməyi çətinləşdirir.

Müalicəsi redaktə

Adi insanlar toksoplazmozun kəskin formasından dərman müalicəsi olmadan sağalırlar. Hamilə qadınlar və yeni doğulmuş uşaqlar müalicə olunmalıdılar. Lakin başa düşmək lazımdır ki, müalicənin məqsədi yalnız xəstəliyin kəskin mərhələsini və simptomlarını aradan qaldırmaq deyil. İmmuniteti zəif olan şəxslər (məs. HİV olanlar) xəstəliyin əlamətləri aradan qaldırılana qədər müalicə olunmalıdır. QİÇS xəstələri toksoplazmoz üçün ömürlük müalicə alırlar.[13]

İstinadlar redaktə

  1. 1 2 Disease Ontology (ing.). 2016.
  2. 1 2 3 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Parasites – Toxoplasmosis (Toxoplasma infection) Epidemiology & Risk Factors". March 26, 2015. 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2015.
  4. "Arxivlənmiş surət". 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-21.
  5. Milne G, Webster JP, Walker M. "Toxoplasma gondii: An Underestimated Threat?". Trends in Parasitology. 36 (12). December 2020: 959–969. doi:10.1016/j.pt.2020.08.005. PMID 33012669 (#bad_pmid). Accumulating evidence suggests that latent infection of Toxoplasma gondii is associated with a variety of neuropsychiatric and behavioral conditions.
  6. 1 2 Pappas G, Roussos N, Falagas ME. "Toxoplasmosis snapshots: global status of Toxoplasma gondii seroprevalence and implications for pregnancy and congenital toxoplasmosis". International Journal for Parasitology. 39 (12). October 2009: 1385–94. doi:10.1016/j.ijpara.2009.04.003. PMID 19433092.
  7. "CDC: Parasites – Toxoplasmosis (Toxoplasma infection) – Pregnant Women". 7 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2013.
  8. Dubey JP, Frenkel JK. "Toxoplasmosis of rats: a review, with considerations of their value as an animal model and their possible role in epidemiology". Veterinary Parasitology. 77 (1). May 1998: 1–32. doi:10.1016/S0304-4017(97)00227-6. PMID 9652380. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  9. Topley, 2007. səh. 439
  10. Исаев Д. Н. Умственная отсталость у детей и подростков. Руководство. СПб: Речь. 2003. 63. ISBN 5-9268-0212-1.
  11. Switaj K, Master A, Skrzypczak M, Zaborowski P. "Recent trends in molecular diagnostics for Toxoplasma gondii infections". Clinical Microbiology and Infection. 11 (3). 2005: 170–6. doi:10.1111/j.1469-0691.2004.01073.x. PMID 15715713.
  12. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  13. "Parasites - Toxoplasmosis (Toxoplasma infection)" (ingilis). Centers for Disease Control and Prevention. 2013-01-10. 2015-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.

Ədəbiyyatı redaktə

  • Казанцев, Александр Павлович. Токсоплазмоз. Библиотека практического врача: Инфекционные и паразитарные болезни (20000 nüs.). Л.: Медицина (издательство). Ленингр. отд-ние. 1985.
  • Topley and Wilson's microbiology and microbial infections. Parasitology. 6. Hodder Arnold. Edited by Francis E. G. Cox, Derek Wakelin, Stephen H. Gillespie, Dickinson D. Despommier. 2007. ISBN 9780340885680.

Xarici keçidlər redaktə


Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024