Topbağ Haqqinda Melumat - Vikipedia

Topbağ Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

TopbağAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Topbağ
40°49′37″ şm. e. 47°50′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 382 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Topbağ xəritədə
Topbağ
Topbağ

Toponimikası redaktə

Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır.[3] Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb.

Coğrafiyası və iqlimi redaktə

Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir.

Əhalisi redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı redaktə

Kənddə 117 təsərrüfat və 460 hektar yararlı torpaq var. Əhalinin çoxu rayon mərkəzindəki yeni iş yerlərində çalışır. Fındıq bağları, əkin sahələri, heyvandarlıq əsas məşğuliyyət sahələridir.[5] Suvarmada ərazidən axan dağ çaylarından istifadə edilir. İki artezian quyusu sakinləri içməli su ilə təmin edir. Əhalinin yarıdan çoxu telefondan istifadə edir.

Təhsil redaktə

Kənddə 110 şagirdin təhsil aldığı məktəb mövcuddur. Yeni məktəb tikilib. Geniş futbol meydançası var.[5]

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Biləsuvar, Qax, Qəbələ, Yardımlı, Goranboy, Salyan, Samux, Tovuz və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  2. "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  3. Topbağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Həmçinin bax redaktə


Saytda 198 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024