Topkapi manuscript Haqqinda Melumat - Vikipedia

Topkapi manuscript Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Topqapı əlyazması

(Topkapi manuscript səhifəsindən istiqamətləndirilmişdir)

Topqapı əlyazması və ya Topqapı Quranı hicri təqvim ilə II əsrin əvvəllərinə (miladi VIII əsr) aid olan Quranın erkən əlyazmasıdır.

Topkapı əlyazmasından Əd-Zuha surəsi başlıqlı səhifə

Bu əlyazma İstanbulda, Topqapı Sarayı Muzeyində saxlanılır. Bu əlyazma ənənəvi olaraq Osman İbn Affana aid edilir. Bu əlyazmanın ölçüsü 41 — x 46 santimetrdir. Quranın tam mətninin 99%-dən çoxunu ehtiva edir. Cəmi iki səhifəsi (23 ayə) çatışmayan bu əlyazma Quranın tam mətninə ən yaxın olanıdır. Misir valisi Mehmed Əli Paşa bu əlyazmanı XIX əsrdə Osmanlı Sultanı II Mahmuda hədiyyə olaraq göndərmişdir.[1][2]

Əlyazmanın Paleoqrafik təhlili onun VIII əsrə aid yazılara uyğun gəldiyini göstərir.[3]

İstinadlar redaktə

  1. "The "Qur'ān Of ʿUthmān" At The Topkapi Museum, Istanbul, Turkey, From 2nd Century Hijra". Islamic Awareness. 2008-07-19. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-05.
  2. "Mushaf Topkapi". January 5, 2014 tarixində arxivləşdirilib.
  3. "Kodex Topkapı Sarayı Müzesi at corpus coranicum". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-09.

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024