Tour d'Azerbaïdjan (Azərbaycan) Haqqinda Melumat - Vikipedia

Tour d'Azerbaïdjan (Azərbaycan) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tour d'Azerbaïdjan (Azərbaycan)

Azərbaycan Respublikasında hər il keçirilən velosiped yarışı

Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, QəbələŞəki var.

Azərbaycan Turu
"2018 Azərbaycan Turu" veloturnirinin rəsmi loqosu.
YerAzərbaycan
Tarixhər ilin may ayı
İştirakçılar132 – 31 (2017) ölkədən
Komandalar21 (2017)
İlk qalibƏlcəzair Yusif Regigi (ALG)
Sayttourdeazerbaidjan.com
Çempion
Avstriya Herman Pernstayner (AUT)
KomandaUkrayna Kolss Cycling Team (UKR)

2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir.

Turlar redaktə

2012-ci il turu redaktə

2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb. Böyük Qafqaz‎) yarışının davamı idi, ancaq bu, beş mərhələdən ibarət idi və Azərbaycan Respublikasında keçirilmiş ilk peşəkar velosiped yarışı idi. Velotur 2.2 U23 "BVİ" kateqoriyasında keçirilmişdir. Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya KomitəsiAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunmuşdur.[1]

Veloturda 16-sı qadın olmaqla 180 velosipedçi iştirak etmişdi. Veloturda hərəsində 6 iştirakçı olmaqla 4 milli, 4 kontinental və 12 klub komandası iştirak edirdi. Təxminən 50 köməkçi əməkdaş atletlərlə birlikdə hərəkət edirdi. Kişi velosipedçilər həm, individual, həm də ki komanda yarışında, qadınlar isə sadəcə individual yarışda iştirak edirdi.

Velotur Bakı şəhərində yerləşən Azadlıq meydanında başlamışdır.[2]

2015-ci il turu redaktə

border=none  Əsas məqalə: 2015 Azərbaycan Turu

2015-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2015-ci ilin may ayının 6-dan 10-na qədər keçirilmişdir. Sayca IV olan "2015-ci il Azərbaycan Turu" yarışı Bakı, SumqayıtMingəçevir şəhərləri, eləcə də Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, OğuzŞəki rayonlarının ərazisindən keçmişdir.[3]

Velotur Bakı şəhərində yerləşən Dövlət Bayraq Meydanında başlamışdır.[3]

2016-cı il turu redaktə

border=none  Əsas məqalə: 2016 Azərbaycan Turu

2016-cı il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2016-cı ilin may ayının 4-dən 8-ə qədər keçirilmişdir. Sayca V olan "2016-cı il Azərbaycan Turu" yarışı Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron,Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçmişdir.[4][5]

Velotur Bakı şəhərində yerləşən Azadlıq meydanında başlamışdır.[6]

2018-ci il turu redaktə

2018-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq veloturun 2018-ci ilin may ayının 9-dan 13-ə qədər keçirilməsi planlaşdırılırdı.[7]

2018-ci ilin mart ayında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti tərəfindən yayılmış rəsmi informasiyaya görə, 2018-ci ildə keçirilməsi planlaşdırılan "Azərbaycan Turu" iyun ayında keçiriləcək BMX üzrə dünya çempionatına hazırlıq səbəbindən ləğv edilmişdir. Buna baxmayaraq, bir neçə mətbuat orqanının iddialarına görə, yarışın ləğvinin əsas səbəbi bu yox, maliyyə problemi olmuşdur. Onlar iddia etmişdir ki, "Azərbaycan Turu"nun baş sponsoru "Synergy Group" 2018-ci ildəki velosiped yarışının keçirilməsi üçün vəsait ayırmamışdır.[8][9]

Qaliblər redaktə

 YearWinnerSecondThird
Heydar Aliyev Anniversary Tour
2012ALG  Yusif RegigiRUS  Kiril YatseviçKAZ  Bəxtiyar Kojatayev
Tour d'Azerbaïdjan
2013UKR  Sergey QreçinUKR  Aleksandr SurotkoviçKAZ  Bəxtiyar Kojatayev
2014RUS  İlnur ZakarinUKR  Vitali ButsAUS  Darren Laptorne
2015SLO  Primoj RoqliçNED  Yasper OkkelunSLO  Matey Mugerli
2016AUT  Markus AlbeggerITA  Rinaldo NoçentiniKAZ  Nikita Stalnow
2017AUT  Herman PernstaynerUKR  Aleksandr PolivodaUKR  Mixail Kononenko

İstinadlar redaktə

  1. "Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur keçiriləcək". azerbaijan-news.az (az.). "Azərbaycan" qəzeti. April 20, 2012. January 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  2. "Beynəlxalq Velosiped turuna start verilildi". azadlig.org (az.). Azadlıq Radiosu. May 10, 2012. January 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  3. 3,0 3,1 ""Tour d'Azerbaidjan" beynəlxalq velosiped turu ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb". azertag.az (az.). May 5, 2015. December 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  4. ""TOUR D AZERBAIDJAN" beynəlxalq velosiped turunun keçirilməsində göstərilən köməkliyə görə təşəkkür məktubu". aayda.gov.az (az.). Azəravtoyol. May 18, 2016. January 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  5. "A few days left before the start of the "Tour d'Azerbaidjan-2016"". qebele-ih.gov.az (ingilis). Qəbələ Rayonu İcra Hakimiyyəti. May 3, 2016. January 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  6. ""Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu başa çatıb". azertag.az (az.). AzərTAc. May 7, 2016. June 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  7. Salmanova, Aygül. "Start date of Tour d'Azerbaidjan 2018 released". azernews.az (ingilis). AzerNews. December 7, 2017. December 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  8. ""Azərbaycan Turu" velosiped yarışı olmayacaq". milliyol.az (az.). March 31, 2018. April 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  9. ""Azərbaycan Turu" velosiped yarışı olmayacaq - maliyyə səbəbindən". avropa.info (az.). March 31, 2018. January 1, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  10. "Antidoping, otto mesi di squalifica per Kirill Pozdnyakov". cicloweb.it (italyan). August 23, 2017. January 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2020.
  11. "VRAD - Sanctions" (PDF). fr.uci.ch (fransız). Beynəlxalq Velosipedçilər İttifaqı. June 25, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 1, 2020.

Xarici keçidlər redaktə

П:   Azərbaycan portalı П:   İdman portalı


Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023