Tovuz şəhər stadionu Haqqinda Melumat - Vikipedia

Tovuz şəhər stadionu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tovuz şəhər stadionu

Tovuz şəhər stadionuAzərbaycanın Tovuz şəhərində stadion. Turan Tovuz ev oyunlarını bu stadionda keçirir.

Tovuz şəhər stadionu
Xəritə
Yeri Tovuz
Açılış tarixi 5 sentyabr 1979
Tamaşaçı tutumu 6.500
Ev sahibi komanda Turan

1979-cu ilin sentyabr ayının 5-də Tovuz şəhər stadionu istifadəyə verilib. Həmin gün "Məhsul" ilə "Neftçi" komandası arasında yoldaşlıq görüşü keçirilib. 1981-ci ildə stadionda əsaslı təmir işləri aparıldıqdan sonra areanın açılış mərasimi keçirilib.

1992-ci ildə "Turan" komandasının yaradıcısı Vidadi Əhmədov komandanı gücləndirməklə yanaşı Mərkəzi stadiondada tikinti-quraşdırma işlərini həyata keçirib. Həmin dövrdə ilk dəfə olaraq drinaj sistemi düzəldildi və tribunanın üstü örtüldü. 2004-cü ildə Tahir Yusifovun rəhbərliyi dövründə dövlətin maliyyə dəstəyi ilə stadion ərazisində tikintisi yarımçıq qalmış baza istifadəyə verildi və stadionda yenidənqurma işləri aparıldı. Tribunalara 6500 ədəd oturacaq quraşdırıldı.[1]

İstinadlar redaktə

  1. "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.

Xarici keçidlər redaktə


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024