Toyuq plov Haqqinda Melumat - Vikipedia

Toyuq plov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür.

Təbriz toyuq plovu

Tərkibi redaktə

Hazırlanma qaydası redaktə

Bir gün əvvəldən toyuğu yaxşı yuyub şəkildə olduğu kimi kəsib hər tərəfini duzlayıb istiotlayırıq.Sonra toyuğu yuxarı bir yerdən asırıq ki,toyuğun suyu təmiz süzülsün.Bir gecə asılı saxlayırıq. Soğan uzun formada doğranılır və yağda rəngi qızılı oluncaya kimi qovrulur. Soğan qovrulduqdan sonra əti əlavə edib bir az qovururuq. Ət də bir az qovrulduqdan sonra şabalıd,ərik qurusu və kişmiş əlavə edilir ,qarışdırılır və bir kənara qoyulur. Duzlu suda düyünü bir az bişirib süzürük.Düyünün bir az rəngli olması üçün sarıkök əlavə edilir. İndi isə qazmaq hazırlayaq.yumurta, yağ və xama birlikdə yaxşıca çalınır və qazanın dibinə tökülür. Onun da üzərindən toyuq ətli qarışıq əlavə edilir. Ətin üzərindən isə düyü tökülür və dəmə qoyulur,arada qazanın ağzını açıb dəmini kənara tökürük. Tam bişdikdən sonra süfrəyə sunulur.


Saytda 220 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024