TransAsiya Hava Yolları reys 235 Haqqinda Melumat - Vikipedia

TransAsiya Hava Yolları reys 235 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

TransAsiya Hava Yolları reys 235

TransAsiya Hava Yolları reys 235 (GE235 / TNA235), TransAsiya Hava Yollarına aid ATR 72–600 tipli sərnişin təyyarəsinin Kinmen Havalimanına getmək üzrə 4 fevral 2015-ci il tarixində, Tayvanın paytaxtı Taybeydə olan Taybey Songşan Havalımanından havalanıb Kilung çayına düşməsi və 43 adamın həyatını itirməsi ilə nəticələnən aviasiya olayı. Qəza, təyyarədəki mühərriklərin birində problemin yaranması və pilotların digər mühərrikin qaz qolunu bağlamağı nəticəsində reallaşmışdı.[1] 53 sərnişin və 5 ekipaj üzvü olmaqla cəmi 58 adam daşıyan təyyarədən 15 adam xilas ola bilmişdir. Təyyarə düşdüyü sırada çay üzərindəki körpüdə hərəkət edən bir taksiyə sağ qanadı ilə toqquşmuş və maşındakı 2 adam yaralanmışdı.[2] Qəza anı 3 fərqli kamera qeydə alınıb.

TransAsiya Hava Yolları reys 235
Şəkil hadisə anında, maşın kamerasından çəkilən videodan götürülüb.
Şəkil hadisə anında, maşın kamerasından çəkilən videodan götürülüb.
Ümumi məlumatlar
Tarix
  • 5 fevral 2015-ci il
Qəza növü motorda problem və pilot səhvi.
Yer Kilung çayı, Taybey, Tayvan
Koordinatlar 25°03′48″ şm. e. 121°37′04″ ş. u.
Ölkə
Sərnişin sayı 53
Komanda 5
Yaralı sayı 15
Ölü sayı 43
Təyyarə
Təyyarə modeli ATR 72-600
Havayolu şirkəti TransAsiya Hava Yolları
Qalxma yeri Taybey Songşan Havalimanı, Taybey, Tayvan
Uçuş nömrəsi 235
Qeydiyyat nömrəsi B-22816
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xarici video
Görüntü 1
Görüntü 2
Rooftop CCTV

Təyyarə redaktə

B-22816 quyruq nömrəsinə sahib olan ATR 72–600 tipli təyyarə, ilk uçuşunu 28 mart 2014-cü il tarixində reallaşmışdı. Şirkətə isə qəzadan on ay əvvəl 15 aprel 2014-cü il tarixində təslim edilmişdir.[3]

Sərnişinlər və ekipaj redaktə

Təyyarə 53 sərnişin və 5 ekipaj üzvü ilə birlikdə havalimanından ayrılmışdı. Təyyarədəki sərnişinlər arasında 31 Çinli (3-ü uşaq) və 22 Tayvanlı var idi. Kapitan pilot qəzaya qədər ümumi 14.000 saat,[4] köməkçi pilot isə ümumi 4.000 saatlıq uçuş təcrübəsinə sahib idi. Pilotlardan hər ikisi də qəzada həyatını itirdilər. Qəzadan sonra pilotlardan Liao Cien-Tsungun cəsədi kokpitdə, ayaqları qırılmış bir halda iki əliylə təyyarənin idarə qolundan tutarkən tapılmışdı.[5]

Təyyarədəki sərnişinlər və ekipaj
Milliyəti Sərnişinlər Ekipaj Ümumi
Çin  ÇXR 31 31
Çin Respublikası  Çin Respublikası 22 5 27
Ümumi 53 5 58

Qalereya redaktə

İstinadlar redaktə

  1.  (ing.) ASC final report, (səhifə 146)
  2.  (ing.) "Taiwan plane crash: Pilot pulled wrong throttle, shut down engine". Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine CBC News. The Associated Press. 2 July 2015.
  3.  (ing.) VIDEO: TransAsia ATR 72 crashed four minutes after take-off Arxivləşdirilib 2015-02-04 at the Wayback Machine
  4.  (ing.) (6 Feb 2015). "CAA to block new TransAsia air routes" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine. Taipei Times.
  5.  (ing.) "Hero pilot killed in Taiwan tragedy was Kiwi citizen" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine. The New Zealand Herald. 7 February 2015

Xarici keçidlər redaktə


Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024