Trayan Haqqinda Melumat - Vikipedia

Trayan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mark Ulpi Trayan (18 sentyabr 53[1][2][…]avqust 117[3], Selinus, Roma imperiyası[1][4][…]) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənisitan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü.

Mark Ulpi Trayan
lat. Marcus Ulpius Nerva Traianus
lat. Marcus Ulpius Traianus
lat. Imperator Caesar Nerva Traianus Augustus
lat. Divus Traianus
bayraq
XIII Roma İmperatoru
bayraq2

17 yanvar, 98 – 9 avqust, 117
ƏvvəlkiNerva
SonrakıAdrian
Şəxsi məlumatlar
Doğum adı Marcus Ulpius Traianus
Doğum tarixi
Doğum yeri Roma İmperiyası
İtalika
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Roma İmperiyası
Selinus
Kilikiya
Dəfn yeri
Fəaliyyəti dövlət xadimi, siyasətçi, zabit
Atası Markus Ulpius Traianus
Anası Marsia
Həyat yoldaşı Pompeia Plotina
Uşağı Adrian(oğulluğu)
Ailəsi Antoninlər sülaləsi
Dini Çoxallahlılıq
Rütbəsi Leqat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat hekayəsi redaktə

Trayan İspaniyada, romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə daha çox ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.[5]

O, vətəndaş azadlığını və xüsusilə söz azadlığını görünməyən dərəcədə yüksəltmiş, ölkədə hökm sürən donos və xəbərçilik maşınını məhv etmişdi. O, bütün donosçuları kompassızyelkənsiz bir gəmiyə yığıb dənizə buraxmış, qoy başlarına nə gəlirsə-gəlsin, külək hara aparırsa aparsın, demişdi. Gizli imzalarla anonim yazan donosçuların isə yazdıqlarını oxumayıb, cırıb atmaqla problemi həll etmişdi. Yalnız bundan sonra xarici siyasətə girişib, əvvəlcə narahat və üsyankar Dakiyaya yürüş etmişdi. Qeyd etmək lazımdır ki, onun Dakiyaya yürüşünün səbəbi dakların özlərini saymaz aparmaları, Roma ilə sazişdən imtina etmələri idi. Hər halda tarixçi Kiçik Plini belə yazır. Trayan 101-ci ildə, indiki Rumıniyada yerləşən bu naməlum xalq üzərinə gedəndə daklar hazır vəziyyətdə onu gözləyirdi. Ona görə müharibə uzun çəkdi. Daklar həlledici döyüşdən yayınıb üzücü partizan mübarizəsi aparırdılar. Nəhayət, Trayan 106-cı ildə bu monolit və güclü xalqa qalib gəldi. Dağlar arası bütöv bir vadi dakların meyitləri ilə örtüldü və Dakiya Roma əyalətinə çevrildi.[5]

Trayan Roma ənənəsinə uyğun olaraq bu qələbəsini 123 gün çəkən bayram və qladiator tamaşaları ilə qeyd etdi. Və senatın qərarı ilə bu qələbə naminə yeni meydan salınıb, orada möhtəşəm Trayan forumu ucaldıldı. Bir neçə əzəmətli binanı əhatə edən bu forumun ortasında 39 metr 83 santimetr hündürlüyündə əzəmətli kolonna ucaldıldı. Kolonnanın içində bizim Qız qalasında olduğu kimi mərmər bloklardan hörülən pilləkən qalxırdı. Pillələrin üstündə forumun kim tərəfindən hansı məqsədlə tikilməsi yazılmışdı. 106-cı ildə Trayan Nabateya çarlığını fəth edib oranı Romanın əyalətinə çevirdi. 113-cü ilin payızında o, çoxdan bəri Romaya qarşı düşmənçilik siyasəti yeridən Parfiya çarlığına qarşı yürüşə çıxdı və 115-ci ildə onun paytaxtı Ktesifonu alıb Roma imperiyasının əyalətinə çevirdi. 114-115-ci illərdə Mesopotamiyanı fəth etdi. Trayan Roma legionlarını Yuli Sezar dövründəki kimi qarşısıalınmaz bir qüvvəyə çevirdi. Babil, Suriya, Fələstin, Kipr, Misir, Liviya da Romanın əyalətinə çevrildi. Trayan alicənab və ləyaqətli hökmdar kimi özünə bənzər insanları yüksək qiymətləndirirdi. Tarixçi Kiçik Plini və Tasitə olan münasibətini buna misal göstərmək olar. O, Plinini Vifiniyaya əyalət başçısı göndərmiş, Tasiti isə konsul seçmişdi. Trayan da Narva kimi sonsuz idi. Buna görə o, ömrünün sonlarında xalası oğlu Elio Adrianı oğulluğa götürüb özünə varis etdi. Trayan növbəti hərbi səfərdən qələbə ilə qayıdarkən yolda vəfat etmişdi. Qəribədir ki, onun varis seçdiyi Adrian da ləyaqətli və bacarıqlı hökmdar və o da Trayan kimi sonsuz olmuşdur.[5]

Nerva-Antonin sülaləsinin zaman xətti redaktə

KommodMark AvreliAntonin PiyAdrianTrayanNerva

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə


Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023