Tretyakov qalereyası Haqqinda Melumat - Vikipedia

Tretyakov qalereyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tretyakov qalereyası

Tretyakov Qalereyası — Rusiyanın ən böyük muzeylərindən biri, Moskvada yerləşir. O, rus incəsənətinin simvoludur. Qalereya dəyərli rus kolleksiyalarına və daha sonra sovet incəsənəti və mədəniyyətinə, əlli mindən çox rəngkarlıq, qrafika, heykəltaraşlıq və tətbiqi incəsənət nümunələrinə malikdir.

Tretyakov qalereyası
Государственная Третьяковская галерея
Xəritə
Əsası qoyulub 1856
Təsisçi
Mövzu İncəsənət
Ölkə
Yerləşir Lavruşinski küçəsi, Moskva
Rusiya Rusiya
Ziyarətçi sayı 1,344,915
Direktor Zelfira TrequlovA
Telefon +7 (495) 957 07 27[2]
55°44′29″ şm. e. 37°37′15″ ş. u.
tretyakovgallery.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Tretyakov Qalereyasının tarixi 1856-cı ildən başlanır. Moskvanın tanınmış taciri Pavel Tretyakov öz ilk rəngkarıq işlərini rus rəssamlarından alır və bununla ən gözəl incəsənət əsərlərinin kolleksiyası onun həyatının işinə çevrilir.

Tretyakov sayəsində Qalereya rus peredvijniklərinin-XIX əsrin II yarısında rus rəssamlar məktəbinin üzvlərinin ən yaxşı kolleksiyalarının sahibinə çevrildi. İlya Rupin(onun "Dəhşətli İvan və onun oğlu" əsəri daxilolmaqla), Perov, Kramskoy, N.Ge, Savrasov, Şişkin, Vasnetsov, Vereşşaqin, Serov, Aleksandr İvanov (oz kətan üzərində məşhur əsəri "İsanın insanlardan əvvəl təzahür etməsi" ilə) və başqaları Rus incəsənətinin öncülləri idilər.XII-XⅦ əsrlərin qədim Rus ikona rəngkarlığı,Andrey Rublyovun məşhur "Üçlük" əsəri Qalereyaya daxil edildi.

1892-ci ildə Tretyakov öz qalereyasını Moskvaya bağışladı. Sonralar bu Qalereya onun şərəfinə "Tretyakov Qalereyası" adlandırıldı. Unikal muzey əldə edən dünya şöhrətli Moskva şəhəri bu vaxtdan sonra dünya maştabında mədəni missiyanı gerçəkləşdirməyə başladı. Qalereya ümumicəmiyyət mülkiyyətinə çevrildi.

Tezliklə o, yalnız Rusiya deyil, həm də Avropada şöhrət qazandı.

Oktyabr inqilabından sonra SSRi-ni təşkil edən Respublikalarının rəssamları da bu Qalereyada əsərlərini sərgiləmək şansı qazandılar.Ölkənin hər yerindən ən məşhur rəssamların ən gözəl əsərləri Qalereyaya daxil edildi. İndi məşhur Rus rəssamları Rokotov, Brevlov, Vrubel, Konenkov, Valentin İvanov, Milkinov, Anikuşinin əsərlərinin yanında həmçinin T.Salahov, M.Abdullayev, S.Bəhlulzadə, T.Nərimanbəyov və s. kimi görkəmli Azərbaycan rəssamlarının əsərlərini də görmək mümkündür.

Qalereyada incəsənət sərgilərindən başqa depo,əlyazmalar bölməsi,böyük kitabxana və fotokolleksiya da var.

Qeydlər redaktə

Xarici keçidlər redaktə

  1. https://www.britannica.com/topic/Tretyakov-Gallery.
  2. https://www.tretyakovgallery.ru/about/contacts.

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024