Triton (peyk) Haqqinda Melumat - Vikipedia

Triton (peyk) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Triton və ya Neptun IGünəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki.

Triton
Kəşf edənUilyam Lassel[1]
Kəşf yeriİngiltərə
Kəşf tarixi10 oktyabr 1846
Böyük yarımoxu
354.759 km
Əyilməsi2,3 radian, 2,7 radian, 2,3 radian
Nəyin peykidirNeptun
Özünə xas ekssentrisitet
0
Səthinin sahəsi
  • 23.018.000 km²
Həcmi10.384.000.000 km³
Kütləsi21,39 ± 0,03 yottagram[2]
Orta sıxlığı
2,061 q/sm³
0,779 metre per square second
Albedo0,76
Temperatur38 K
13,47

Kəşfi redaktə

1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir.

Adı redaktə

Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir.

Xarakteristikası redaktə

 

Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir.[3]

Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir. Ancaq xarici peyklər çox kiçikdir. Ən böyüyü Feba olub Tritonun diametrinin sadəcə 8 %-i və kütləsinin 0,03 %-i qədərdir. Tərs orbitə sahib olmalarının əsas səbəbi uzaqda yerləşdiklərindən belə peyklərin digər göy cisimləri ilə toqquşması ola bilər. Tritonun necə əmələ gəlməsi tam bilinmir. Böyük ehtimalla Triton əvvəllər Günəş sistemində təkbaşına gəzən göy cismi olmuş, daha sonra Neptunun cazibə qüvvəsinə qapılıb onun peykinə çevrilmişdir.

2706 km-lik radiusa sahib Tritonun səthi buzla örtülüdür. Bununla əlaqədar şəkilləri 1989-cu ildə peykin yanından keçən yeganə süni peyk Voyager 2 çəkmişdir. Səthində kraterlərin sayı azdır.

Temperatur redaktə

Triton peyki Yupiterin İo peykindən sonra Günəş sistemində ən aktiv peykdir. Altda su, üstdə azot buzu ilə örtülü buzun altında maye azotdan ibarət dənizin olması ehtimaldır. Səthində xeyli qeyzer və buz vulkanı vardır. Maye azot bəzən buzun altından fışqıra bilir və bu cür fışqırmanın hündürlüyü 15 km-ə çata bilir.[4] Peykin iç hissələrində temperatur daha yüksəkdir. Voyager 2 həmçinin Lasselin iddia etdiyi Neptunun görünməz halqalarını sübut etmişdir.

Tritonun səth temperaturu -235 °C-dir və Günəş sistemin ən soyuq göy cismidir. Bunun əsas səbəbi Yerə düşən Günəş işığının 1/900-i qədər işıq qəbul etməsi və gələn işığın 70 %-ni əks etdirməsidir. Voyager 2-dən əvvəl peykin buludlarla örtülü olması ehtimal olunsa da, bu fərziyyə səhv çıxmışdır. Tritonun incə və sıxlığı az olan atmosferi vardır. Atmosfer səthə çox az təzyiq göstərməkdədir.

Spiral orbitinə görə Triton Neptun planetinə getdikcə yaxınlaşmaqdadır, 100 milyon il sonra Roçe limitini keçəçək və parçalanacaqdır.[5]

Qalereya redaktə

İstinadlar redaktə

  1. Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
  2. https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
  3. http://www.derin-uzay.org/2013/09/triton-kizgin-bir-uydu.html[ölü keçid]
  4. http://www.evrimagaci.org/fotograf/35/5390[ölü keçid]
  5. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.

Xarici keçidlər redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024