Tromelin adası Haqqinda Melumat - Vikipedia

Tromelin adası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tromelin adası (fr. Tromelin) — Hind okeanında yerləşən yaşayışı olmayan ada. Adaya Mavriki iddia edir. Bununla belə Fransanın nəzarətindədir.

Tromelin adası
fr. Tromelin
Ümumi məlumatlar
Sahəsi 1 km²
Uzunluğu
  • 1,7 km
Eni 0,7 km
Hündür nöqtəsi 7 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
15°53′32″ c. e. 54°31′29″ ş. u.
Ölkə  Fransa
Vilayət
Akvatoriya
Tromelin adası xəritədə
Tromelin adası
Tromelin adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyinin bir parçası olan Fransanın Cənub və Antarktika əraziləri bölgəsinin Eparse adaları zonasına daxildir. Coğrafi baxımından isə Mavriki daxili adalarına daxildir.

Coğrafiya redaktə

Ada Hind okeanının cənubunda, Madaqaskardan 450 km şərqdə yerləşir. Ada vulkan mənşəllidir. Burada qoruq təşkil edilmişdir.

Adada uçuş zolağı vardır.

Tarixi redaktə

Ada rəsmi olaraq 1722-ci ildə kəşf edilmişdir. 1761-ci ildə gəmi qəzası zamanı adaya 125 gəmi üzvü və 89 qul pənah gətirmişdir. Gəmi üzvləri gəzaya düşmüş gəminin hissələrindən 2 ay müddətinddə kiçik bir gəmi inşa edərək adadan getmişlər. Komanda üzvləri gedərkən adada 60 malaqaşili qulu saxlamışdılar. 15 ildən sonra 29 noyabr 1776-cı ildə leytenant Tromelinin komandası La Dauphine gəmisində adaya yan almışdır. o burada 7 qadın və səkkiz aylıq bir körpəni aşkarlayır. Ada bundan sonra kapitanın şərəfinə adlandırılır

Mənbə redaktə


Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024