Troposfer Haqqinda Melumat - Vikipedia

Troposfer Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Troposferatmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17–18 km, mülayim enliklərdə 10–11 km, qütblərdə 7–8 km-dir.[1]

EverestTroposferStratosferMeteozondMeteorMezosferKarman xəttiQütb parıltısıTermosferEkzosfer
Atmosferin quruluşu

"Hava fabriki" adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir. Troposferdən yuxarı qalxdıqca temperatur aşağı düşür. Yerə ən yaxın təbəqədir.

İstinadlar redaktə

  1. Larousse (redaktor ). "troposphère". www.larousse.fr (fransız). 2021-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2021.

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024