Tsitsamuri döyüşü Haqqinda Melumat - Vikipedia

Tsitsamuri döyüşü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tsitsamuri döyüşü

Tsitsamuri döyüşü (gürcücə:წიწამურის ბრძოლა) — Kaxetiya çarlığının hökmdarı I Teymurazla Səfəvi imperiyasının sərkərdəsi Əliqulu xan Şamlı arasında 1615-ci ildə baş vermiş döyüşdür.

Tsitsamuri döyüşü
Kaxetiya üsyanı (1615)
Tarix 1615
Yeri Tsitsamuri, Gürcüstan
Səbəbi Gürcülərin Səfəvi hakimiyyətinə qarşı üsyan qaldırmaları
Nəticəsi Səfəvilərin məğlubiyyəti
Münaqişə tərəfləri

Kaxetiya çarlığı

Səfəvi imperiyası

Komandan(lar)

I Teymuraz

Əliqulu xan Şamlı

Tərəflərin qüvvəsi

Bilinmir

15 min[1]

Döyüş redaktə

Döyüş I Teymurazın, David Jandierinin və Nodar Corcadzenin 15 sentyabr 1615-ci ildə Səfəvi imperiyasına qarşı üsyana qalxmasından sonra baş vermişdir. Üsyana cavab olaraq Səfəvi hökmdarı I Abbas öz sərkərdəsi Əliqulu xan Şamlını cəzalandırma üçün göndərmişdir. Onun ordusuna 15 min qızılbaş daxil idi. Üsyançıların mərkəzi olan və Tsitsamuri kəndi yaxınlığında yerləşən qala əsas hədəf olaraq seçilmişdi. Gürcü üsyançı dəstələri günorta saatlarında qızılbaş ordusuna hücum etdilər. Gürcü ordusunun mərkəzdəki qüvvələrinə I Teymuraz, sağ və sol cinahlardakı dəstələrə isə, David və Nodar komandanlıq etməkdəydilər.[2] Qızılbaş ordusunun əsas qüvvələri mərkəzdə yerləşdirilmişdi. Ordunun mərkəz bölmələri məğlub edildikdən sonra, sağ və sol cinahlar da qısa zamanda geri çəkildi. Geri çəkilən qızılbaş ordusu gürcülər tərəfindən təqib edildi və bir çoxu qətlə yetirildi. Sağ qalanlardan bəziləri Araqvi və Kür çaylarında boğuldular.[3][2]

Səfəvi ordusu geri çəkilərkən xeyli sayda qəniməti öz düşərgələrində tərk etməyə məcbur oldular. Xeyli sayda qənimət gürcülərin əlinə keçdi. Müasir gürcü tarixçilərindən olan Parsadan Qorgicanidzenin bildirdiyinə görə, Səfəvilərin dəvələri ələ keçirildikdən sonra bazarlarda dəvələrin qiyməti yarıya qədər enmişdi.[3]

Nəticə redaktə

1615-ci ildə qələbə qazanılmasına baxmayaraq, üsyan növbəti il yatırıldı. Bu səfərki yürüşə I Abbas şəxsən özü komandanlıq etməklə birlikdə, daha böyük ordu ilə gəlmişdi. I Teymuraz yenidən İmeretiyaya qaçmağa məcbur oldu. Kiçik üsyançı dəstələrlə dağlıq ərazidə mübarizə aparmağın çətinliyini dərk edən I Abbas böyük ordularını darmadağın etdikdən sonra gürcüləri cəzalandırmaq üçün onlardan yüz minlərlə insanı imperiyanın mərkəzi bölgələrinə deportasiya etdirdi. Bir xeyli insan isə üsyanların yatırılması və cəzalandırılması prosesi zamanı həyatını itirdi.[2][3][4]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. [1] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Kings of Kakheti, Dumbadze-Ioseliani, 1973-1976.
  2. 1 2 3 [2] Arxivləşdirilib 2020-08-20 at the Wayback Machine Life of Giorgi Saakadze, Kaspi, 2014.
  3. 1 2 3 [3] Arxivləşdirilib 2015-02-22 at the Wayback Machine I. Javakhishvili, Essays of Georgian History, Part IV, Soviet Georgia Publishing, Tbilisi 1970, ss 230-233.
  4. [4] Arxivləşdirilib 2022-07-03 at the Wayback Machine Georgia in the first half of 17th century, 2010

Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024