Tural Axundov Haqqinda Melumat - Vikipedia

Tural Axundov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tural Möhsüm oğlu Axundov (1 avqust 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.

Tural Axundov
Ümumi məlumatlar
Tam adı Tural Möhsüm oğlu Axundov
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Boyu 172
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Kəpəz
Karyerası
Klub karyerası[* 1]
2009—2011 Azərbaycan Muğan 39 (3)
2011—2013 Azərbaycan Rəvan 54 (0)
2013—2015 Azərbaycan Simurq 63 (0)
2015—h.h Azərbaycan Kəpəz 62 (11)
Milli yığma[* 2]
2009—2010 Azərbaycan Azərbaycan U-21 3 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası redaktə

Çempionat redaktə

Tural Axundov öz peşəkar futbolçu karyerasına 2009-cu ildə Muğan klubunda start vermişdir. İki mövsüm bu klubda çıxış etdikdən sonra Axundov 2011-ci ildə Rəvan klubuna transfer olmuşdur. Uzun müddət bu klubda kapitan sarğısını daşımışdır.[1] 2013-cü ilin yay ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Simurq klubu ilə bir illik müqavilə imzalamışdır. 2014-cü ilin noyabrında Zaqatala klubunun rəhbərliyi 2017-ci ilin iyun ayının sonuna qədər futbolçuyla müqaviləni uzatmışdır. Lakin Tural klub ilə iki mövsüm və 63 oyun keçirdikdən sonra klubu tərk etmişdir.[2]

2015-ci ilin iyununda keçmiş futbolçuların seleksiya yığımları zamanı Gəncə təmsilçisi olan Kəpəz klubunun heyətinə cəlb edilir.[3] O, klub ilə debütünü 9 avqust 2015-ci ildə çempionatın ilk turunda Neftçi Bakı klubuna qarşı oyunda etmişdir.[4] O, çıxdığı ilk görşüdəcə klubun kapitanı olmağı bacarmışdır.[5]

Kubok redaktə

Axundov Azərbaycan Kubokunda aşağıdakı oyunlara çıxmışdır:

Tarix Raund Klub Rəqib Liqa Nəticə
1 8 dekabr 2010 İkinci raund — 1/8 final «Bakı» «Muğan» Premyer Liqa 1 : 1[6]
2 30 noyabr 2011 Birinci raund — 1/16 final «Bakı» «Rəvan» Premyer Liqa 0 : 0[7]
3 27 fevral 2013 Üçüncü raund — 1/4 final, birinci görüş «Rəvan» «Xəzər-Lənkəran» Premyer Liqa 1 : 2[8]
4 7 mart 2013 Üçüncü raund — 1/4 final, cavab oyunu «Xəzər-Lənkəran» «Rəvan» Premyer Liqa 4 : 1[9]
5 4 dekabr 2013 İkinci raund — 1/8 final «Araz-Naxçıvan» «Simurq» Premyer Liqa 2 : 2[10]

Milli karyerası redaktə

U-21 redaktə

Tural 2009-2010-cu illər aralığında Azərbaycan U-21 milli futbol komandası ilə üç oyuna çıxmışdır. O, Avropa Çempionatının təsnifat mərhələsində Avstriya[11], Şotlandiya[12]Belarus[13] millilərinə qarşı oyunlarda iştirak etmişdir.

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Tarixçə redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024