Tural Bayramlı (əsgər) Haqqinda Melumat - Vikipedia

Tural Bayramlı (əsgər) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tural Bayramlı (əsgər)

Tural Ədil oğlu Bayramlı (10 fevral 1996; Şərq, Beyləqan rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Tural Bayramlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şərq, Beyləqan rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Cərcis Peyğəmbər ziyarətgahı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Ədil Qarayeva
Anası Əfruz Qarayeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Hərbi hissə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsi
Xidmət illəri 2014—2020
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Tural Bayramlı 10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində Ədil Qarayev və Əfruz Qarayevaların ailəsində anadan olmuşdur.[1] Əslən Cəbrayıl rayonunun Daş Veysəlli qəsəbəsindən idi. 2002–2013-cü illərdə Cəbrayıl rayon Dağ Tumas kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Hərbi xidməti redaktə

Tural Bayramlı 2014-cü ildə Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunun Azərbaycan-Ermənistan təmas xəttindəki ərazisində yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət etmişdir.

Aprel döyüşləri redaktə

border=none  Əsas məqalə: Aprel döyüşləri

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Tural Bayramlı kəşfiyyatçı olaraq Mübariz İbrahimovun şəhid olduğu Tərtər rayonunun Çaylı kəndi istiqamətində şiddətli döyüşlərdə iştirak etmişdir. Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdən tərxis olunmasıyla bağlı əmri gəlsə belə könüllü olaraq vuruşmuşdur. Kəşfiyyatçı kimi qarşı tərəfdən xüsusi hərbi sirlərin öyrənilməsində və bununla qarşı tərəfin hücumunun erkən dəf edilməsində fərqlənmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Döyüşlərdən sonra Tural Bayramlı Daxili Qoşunların "Yarasa" xüsusi təyinatlı hərbi birləşməsinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə davam etmişdir.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Tural Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, XocavəndinŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Bayramlı 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən Cərcis Peyğəmbər ziyarətgahında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənovun 28.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023