Tural Qurbanov Haqqinda Melumat - Vikipedia

Tural Qurbanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tural Gürşad oğlu Qurbanov (d. 11 Sentyabr 1992; Kürdəmir, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Tural Qurbanov
Tural Gürşad oğlu Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kürdəmir, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı redaktə

Tural Qurbanov 11 sentyabr 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində Solmaz və Gürşad Qurbanovların ailəsində anadan olub.

Hərbi xidməti redaktə

Gizir Tural Qurbanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Tural Qurbanov doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Tural Qurbanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Tural Qurbanovun xatirəsinə həmin ilin iyun ayında "ANS" telekanalında yayımlanan "Alın yazısı" verilişinin bir bölümü həsr olundu.

İstinadlar redaktə


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024