Tutanxamon Haqqinda Melumat - Vikipedia

Tutanxamon Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tutanxamon

Misir fironu

Tutanhamon (təq. e.ə. 1341təq. e.ə. 1323, Memfis, əl-Cizə mühafəzəsi[d]) — Misir fironu olmuşdur. Onun qəbri 1922-ci ildə tapılan zaman ətrafdakı insanlar naməlum səbəbdən ölməyə başlamışlar. Son araşdırmalar göstərir ki, ətrafdakı insanların çoxu qoca insanlar olublar.

Qədim Misir fironu
Tutanhomon
Xebers
Sülalə XVIII sülalə
Tarixi dövr Yeni padşahlıq
Atası Exnaton
Arvadı
Dəfn yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Atası Exnaton Misir fironu olub. 9 yaşında hakimiyyətə gəlmişdir. Tutanhamon vəfat etdikdən sonra arvadı Anxesenamun hakimiyyətə gəlmişdir. 19 yaşlı Fironun nədən və kim tərəfindən öldürüldüyü, onun real şəkli indiyə qədər Misir və dünya alimlərinin maraq dairəsində olmuşdur. Müasir elmi nailiyyətlərin köməyi ilə Tutanxamonun real şəklini bərpa etmək mümkün olmuşdur. Son araşdırma zamanı məlum olmuşdur ki, Tutanhamon 19 yaşında olarkən Kölerdən (sümük xəstəliyindən) vəfat etmişdir. Bu xəstəlikdən onun atası Exnaton da əziyyət çəkmişdir.

Misirşünas alim Zahi Havas onun malyariyadan öldüyünü fərz edir. O, bunu onun gen seqmentlərində malyariya törədicisi lat. plasmodium falciparum aşkar etdiyi ilə izah edir. Bu fərziyəyə şübhə ilə yanaşan Hamburq Tibbi Tropik Bernhard-Noxt institunun alimləri Xristian Timmann və Xristian Mayer Tutanxamonun qanazlığı xəstəliyindən — oraqşəkillihüceyrə anemiyasından vəfat etdiy fikrini irəli sürmüşlər. Hər iki fərziyyə müəllifləri bir-birilərini inkar etməkdədirlər. Xristian Timmann və Xristian Mayerin birgə əməkdaşlıq təklifi Zahi Havas tərəfindən qəbul edilməmişdir.[1][2][3] Tutanxamonun hər hansı bir təcavüz nəticəsində öldürülməsi fərziyyəsi Kompyüter tomoqrafiyası (KT) müayinəsi zamanı təsdiqini tapmamışdır. Onun ənsə nahiyyəsində aşkarlanmış zədəli sümük fraqmentləri zorakıliq fərziyyəsinin sürülməsinə səbəb olsa da KT müayinəsi bunu təsdiqləməmişdir. Ənsə nahiyyəsindəki bu cür "zədə" mumyalama zamanı kəlləni beyindən azad etmək üçün məqsədli şəkildə icra edilmiş primitiv trepanasiya ilə əlaqələndirilir.

Ölümü redaktə

Tutanhamun ömrünün 19-cu ilində vəfat etdi və Krallar Vadisində KV62 məzarına qoyuldu.Firon Tutanhamunun ölümünün bir neçə versiyası var:

  1. Tutanhamon onun ölümündən sonra firon olan Eyenin sifarişi ilə öldürülə bilərdi;
  2. 2005-ci ildə aparılan araşdırmalar Tutanhamonun ölüm səbəbi kimi onun yaralanmasını göstərdi. 8 Mart 2005-ci ildə Misirşünas Zaha Havas, tomoqrafiyanın nəticələrini açıqlayaraq bildirdi ki, Tutanhamonda heç bir baş zədəsi izlərini tapmayıb. Tutanhamonun mumyasının üzərində olan çatlar isə mumifikasiyanin izləridir;
  3. 2010-cu ildə aparılan tətqiqat Tutanhamonun "bədənində DNT testləri zamanı aşkarlanan ağır, mürəkkəb bir malyariya xəstəliyindən" öldüyünü göstərir. Bu fərziyə Tutanhamonun məzarlığında malyariyanın müalicəsi üçün dərman olması ilə təsdiqlənir.

17 Fevral 2010-cu ildə Zahi Havass və Misir Mədəniyyət naziri Faruk Hosni 2007-2009-cu illərdə DNT tədqiqatlarının nəticələrini açıqladılar və o nəticələrə əsasən Tutanhamon ailəsinin üzvləri genetik xəstəliklərdən əziyyət çəkdilər.[4]Xüsusilə, Tutanhamon da daxil olmaqla, bəzi ailə üzvləri Kohler xəstəliyindən əziyyət çəkirdilər (qan tədarükünün pozulması nəticəsində yaranan ayaq sümüklərinin nekrozu).[5]

Özündən sonra qanuni varisi buraxmayan Tutanhamonunun ölümü taxt-tac ardıcıllığında çətinliklərə səbəb oldu[6]. Tutanhamonun ölümündən sonrakı dövr haqqında məlumatlar mübahisəlidirlər və detallı şəkildə tarixi hadisələrin xronologiyasını bərpa etmək çox çətindir.[7]

Sərdabəsi redaktə

Qədim Misir Fironlarından biri Tutanxamonun sərdabəsi 4 noyabr 1922-ci ildə ingilis misirşünasları tərəfindən kəşf olunmuşdur. Onun mumiyalanmış bədəni bizim zamanəmizə qədər heç bir zədə almadan qalmışdır. İndi onun bu cəsədi Misirdə Fironlar vadisi (FV) Luksorda şüşə sərdabədə saxlanır. Fironun məzarı aşkar edilərkən oradan 1 ton 200 kq qızıl tapılıb. Tutanxamonun üz maskası (qızıl üzlük) onun üz cizgilərini belə günümüzədək qoruyaraq silinməz etmişdir. 1922 ci ildə Tutanxamonun məzarında aşkar olunmuş çoxlu ziyarətçiləri özünə cəlb edən, həmin bu "qızıl üzlük" və digər qiymətli əşyalar Qahirədəki Misirşünaslıq muzeyində sərgilənməkdədir.[8]

"Anam Nut! Mənə görə hazırlaş, səndə olan sönməz/(parlaq) ulduzda mənə bir yer bağışla ki, bir daha ölməyim.".[9]

Tutanxamunun sarkofaqının üzərindəki minyatürdən bir yazı

Genetik faktlar redaktə

Genetik kod DNT müayinəsinə əsaslanaraq[10]:

 
 
 Yuya (KV 46)
1113 615 2227 2934 610 1222 912 2025
 
 Tuya (KV 46)
912 1013 1926 2635 1113 819 712 2426
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  III Amenofis (KV 35)
1016 615 1627 2534 813 1622 69 2331
 
 Tiya (KV 46 EL)
1112 1015 2226 2629 611 1922 912 2026
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Exnaton (KV 55)
1012 1515 1626 2934 1113 1619 912 2023
 
 Naməlum (KV 35 YL)
1012 610 1626 2529 811 1619 612 2023
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Tutanxamon (KV 62)
1012 1015 1626 2934 813 1919 612 2323
 
 Naməlun (KV 21 A)
1016 xx x26 x35 8x 10x x12 23x

 Naməlun (KV 21 B)
10x xx 1726 xx 1113 xx x12 xx
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Naməlum uşaq (KV 62)
1216 1013 16x 29x 8x x19 x12 23x
 Naməlum uşaq (KV 62)
10x 615 x26 2935 813 1019 x12 23x
 


Maraqlı faktlar redaktə

  1. Tutanhamon ömrü boyu əsa ilə gəzib.
  2. Tutanhamonun ən sevimli oyunu nərd olub.
  3. Atası ilə anası doğma bacı-qardaş olublar.
  4. Uzun müddət hesab edilib ki , Nefertiti onun anası olub. Son araşdırma zamanı məlum olmuşdu ki, anası Nefertiti yox, Kiya olub.
  5. Arvadı olan Anhesenamun Tutanhamonun doğma bacısı olub.
  6. 1922-ci ildə tapılan Tutanhamonun qəbrindən 1 ton 200 kq qızıl çıxarılmışdır.
  7. Tutanhamonun qəbri tarixdə açılan ilk qəbirdir.[11]

İstinadlar redaktə

  1. Archäologie Online:Zweifel an mutmaßlicher Todesursache Tutanchamuns[ölü keçid], 24. Juni 2010
  2. C. Timmann, C. Meyer et al.: King Tutankhamun’s Family and Demise. In: Journal of the American Medical Association (JAMA) 2010, Bd. 303, Nr. 24, Letters S. 2473, DOI:10.1001/jama.2010.822
  3. C. Timmann, C. Meyer: Malaria, mummies, mutations: Tutankhamun’s archaeological autopsy. In: Tropical Medicine and International Health (TM&IH) 16. Aug. 2010, DOI:10.1111/j.1365-3156.2010.02614.x (Volltext Arxivləşdirilib 2017-12-07 at the Wayback Machine)
  4. Zahi Hawass et al., JAMA, vol. 303(7), pp 638—647, 2010
  5. Причиной смерти Тутанхамона оказалась малярия Arxivləşdirilib 2019-12-25 at the Wayback Machine (рус.), MedPortal.ru. Дата обращения 27 августа 2018.
  6. John Coleman Darnell, Colleen Manassa.Tutankhamun's Armies: Battle and Conquest During Ancient Egypt's Late Eighteenth Dynasty. — John Wiley & Sons, 2007. — С. 48, 51. — 321 с. — ISBN 9780471743583.
  7. Marianne Eaton-Krauss. The Unknown Tutankhamun. — Bloomsbury Publishing, 2015. — С. 13, 28. — 209 с. — ISBN 9781472575630.
  8. National Geographic, Collectors Edition №1, Schätze aus Ägypten, König in Gold, Tutanchamun 92; Kennet Garret, Ägyptisches Museum, Kairo
  9. National Geographic, Collectors Edition №1, Schätze aus Ägypten, Götter für alle, Die Religion 112; Fried Maron,Ägyptisches Museum, Kairo 1977
  10. National Geographic, Schätze aus Ägypten, Collector`s Edition № 1 Seite Tutanchamun 91, redaktion: Juan Velasco Amanda Hobbs und Lawson Parker. Quellen: Zahi Hawass, Altertümerverwaltung, Ägypten, Carsten, Pusch, Eberhard Karls, Universität Tübingen 2010  (alm.)
  11. Исследования мумий так и не открыли всех тайн фараона Тутанхамона. РИА Новости Arxivləşdirilib 2021-09-20 at the Wayback Machine (17 февраля 2010). Дата обращения 14 августа 2010.

Saytda 40 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023