Tyantszin Haqqinda Melumat - Vikipedia

Tyantszin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tyancin (ing. Tianjin) — Çinin şimalında, Bohai dənizi sahilində yerləşən əsas sənaye-ticarət şəhəridir. Şəhər əhalisinin sayı 5 mln. nəfərdən çoxdur. Tyancin Pekinin 120km-liyində yerləşir. Okean və sahil boyu gəmiçiliyi üçün mühüm limandır. Tyancinin ənənəvi sənaye sahələrinə metallurgiya, maşınqayırma, kimya, elektroenergetika, toxuculuq, kağız, qida sənayesi və tikinti materialları sənayesi daxildir. Gəmiqayırma, avtomobilqayırma, neftçıxarma, neft emalı, traktorqayırma, kimyəvi gübrələr, saat, televizor, fotoaparat istehsalı və s. sənayenin yeni sahələrindəndir.

Şəhər
Tyantszin
çin. sadə. 天津, pinyin: Tiānjīn
39°08′ şm. e. 117°11′ ş. u.
Ölkə  ÇXR
Mer Vanq Donfen
Tarixi və coğrafiyası
Əsası qoyulub 1404
Sahəsi 11 943 km²
Mərkəzin hündürlüyü m
İqlimi kontinental
Saat qurşağı UTC+8
Əhalisi
Əhalisi 15 469 500 nəfər (2015)
Sıxlığı 1 300 nəf./km²
Aqlomerasiya 28 800 423
Rəsmi dili çin dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +86 22
Poçt indeksi 300000–301900
Nəqliyyat kodu 津A, B, C, D, F, G, H, J, K, L, M, N, Q, R
Digər
tj.gov.cn  (çin.)
Xəritəni göstər/gizlə
Tyantszin xəritədə
Tyantszin
Tyantszin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər Çinin XIX əsr tarixində böyük rol oynamışdır. Belə ki, 1858-ci ildə məhz Tyancini itirmək təhlükəsində Çin (Tzin) höküməti avropalılara təslim olur və eyniadlı müqavilə imzalamış olur. 1860-cı il Pekin müqaviləsi ilə isə Tyancin Qərb dövlətləri üçün açıq elan edilmiş olur.

İxetuanlar (və ya Boksyorlar) üsyanı ilə şəhər üsyançıların hədəfinə çevrilir, 1899-cu ildə ixetuanlar şəhəri tutaraq burada avropalılara məxsus olan tikililəri məhv edirlər.

Xarici keçidlər redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024