Türkiyədə LGBT hüquqları Haqqinda Melumat - Vikipedia

Türkiyədə LGBT hüquqları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Türkiyədə LGBT hüquqları

Türkiyədə lezbiyan, gey, biseksual və transgender (LGBT) insanlar ölkənin qeyri-LGBT sakinlərinin yaşamadığı hüquqi problemlərlə üzləşirlər. Buna baxmayaraq, Türkiyədə LGBT insanlar üçün ümumi abu-hava müsəlman ölkələrinin əksəriyyəti ilə müqayisədə daha az repressiv hesab olunur.[1]

İstanbulun İstiqlaliyyət küçəsində LGBT-prayd yürüşü. 2013 il.

1858-ci ildə Osmanlı imperiyası homoseksuallığı, sodomiyanı və köçəkliyi (gənc kölə rəqqaslar) cinayət hesab edən heç bir açıq-aşkar maddələri özündə əks etdirməyən yeni cəza məcəlləsini qəbul etmişdir. 1858-ci il Osmanlı Cəza Qanunu "Tənzimat" dövründə daha geniş islahatların bir hissəsi olaraq Napoleon məcəlləsindən çox təsirlənmişdi.[2] LGBT fərdlərin 1951-ci ildən Cenevrə Konvensiyasına əsasən Türkiyədə sığınacaq axtarmaq hüququ var,[3] lakin eynicinsli cütlüklərə heteroseksual cütlüklər üçün olan eyni hüquqi müdafiələr verilmir. Transseksuallara 1988-ci ildən qanuni formada cinsini dəyişməyə icazə verilmişdir. Cinsi oriyentasiya, həmçinin gender kimliyi və ya onun ifadə edilməsi ilə bağlı diskriminasiyanın müdafiə edilməsi qanuni olaraq müzakirə edilir, lakin onlar hələ qanunvericilikdə nəzərdə tutulmamışdır.

Hərbi xidmət redaktə

Türkiyədə məcburi hərbi xidmət 18–41 yaş arasında olan bütün kişi Türkiyə vətəndaşlarına şamil edilir. Buna baxmayaraq , Türkiyə Silahlı Qüvvələri homoseksuallara hərbi xidmətə qadağa qoyaraq onlara qarşı açıq ayrı-seçkilik edir. Eyni zamanda, Türkiyə Avropa İnsan Haqları Konvensiyasından irəli gələn öhdəliklərini pozaraq hərbi xidmətdən vicdanla boyun qaçırmağı hər hansı formada tanımır.[4] Buna etiraz edənlər əvəzində özlərini "xəstə" kimi təqdim etməlidirlər. Bəzi şəxslər homoseksual olduqlarını "sübut etmək" üçün "Human Rights Watch"ın "alçaldıcı" adlandırdığı imtahanlardan keçməyə məcbur olmuşlar.[5] [6]

2009-cu ilin oktyabrında Avropa İttifaqının Genişlənmə Komissiyasının hesabatında deyilirdi: "Türkiyə Silahlı Qüvvələrinin homoseksuallığı psixoseksual xəstəlik kimi müəyyən edən və homoseksualları hərbi xidmətə yararsız kimi tanıyan bir sağlamlıq tənzimləməsi var. Homoseksualların az bir qismi alçaldıcı tibbi müayinələrdən keçməli olmuşdur".[7]

Silahlı qüvvələrini daxilində genişmiqyaslı qəbul prosesinin lehinə dəstək azdır. 2015-ci ildə 1,300 zabitin "homoseksualların orduda xidmət etməsinə icazə verilib-verilməməsi" sualı təqdim olunan araşdırmada 96,3% mənfi cavab vermişdir.[8]

İstinadlar redaktə

  1. "What LGBTQ travelers need to know about Turkey". 2023-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  2. Ishtiaq Hussain. "The Tanzimat: Secular Reforms in the Ottoman Empire" (PDF). Faith Matters. 15 Feb 2011. 17 October 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 December 2014.
  3. "islam and homosexuality". 11 November 2015. 25 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 November 2015.
  4. "TURKEY: Conscientious objector Mehmet Bal beaten in prison | War Resisters' International". Wri-irg.org. 19 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2011.
  5. "Turkey: Homophobic Violence Points to Rights Crisis | Human Rights Watch". Hrw.org. 21 May 2008. 21 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2011.
  6. Azizlerli, Emre. "Proving you're gay to the Turkish army". BBC News. 26 March 2012. 31 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2013.
  7. "TURKEY 2009 PROGRESS REPORT" (PDF). 2021-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-18.
  8. "Gays seeking military exemption in Turkey no longer need to provide visual proof of their homosexuality". 2015-11-17. 24 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 November 2015.

Xarici keçidlər redaktə


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024