Türkiyədə qadınlara seçki hüququnun verilməsi Haqqinda Melumat - Vikipedia

Türkiyədə qadınlara seçki hüququnun verilməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Türkiyədə qadınlara seçki hüququnun verilməsi

Türkiyədə qadınlara seçki hüququnun verilməsi 1930-cu illərdə Türkiyədə qadınların siyasi hüquqlarını qazanması üçün zəruri olan qanunların qəbul edilməsini əhatə edir. Qadınların siyasi həyatda seçmək və seçilmək hüququnu əldə etməsi Atatürkün ictimai həyatda həyata keçirdiyi islahatlardan biri idi.

1930-cu ildə Kanadada nəşr olunmuş bir karikatura: Kvebek əyalətindən bir qadın, türk qadınının səs vermək hüququna malik olduğunu öyrənir. Kvebekli qadınlar səsvermə hüququnu 25 aprel 1940-cı ildə əldə etmişdirlər.

1930-cu ildən etibarən qəbul edilən bir sıra qanunla Türkiyədəki qadınlara əvvəlcə bələdiyyə seçkilərində iştirak etmək, daha sonra kəndlərdə muxtar olmaq və ağsaqqallar məclislərinə seçilmək hüququ verilmişdir. Onların millət vəkili (TBMM-nin deputatı) seçmək və seçilmək hüquqları isə 1934-cü il dekabrın 5-də Konstitusiyaya və Seçki Qanununa edilən dəyişikliklə tanınıb.

Bələdiyyə başçısı redaktə

 
24 sentyabr 1934-cü il tarixli Vakit qəzetində İstanbul Bələdiyyə Məclisi üzvlüyünə namizəd göstərilən qadınlar.

Qadınların bəələdiyyə seçkilərində seçmək və seçilmək hüququ 1930-cu il aprelin 3-də Bələdiyyə Məcəlləsinin qəbulu ilə tanınmışdır. Qadınlar bu hüquqlarından ilk dəfə 1930-cu il bələdiyyə seçkilərində istifadə ediblər. Seçkilər sentyabrın əvvəlindən oktyabrın 20-dək davam edib. Seçkilər nəticəsində səhər məclislərinə daxil ola bilən qadınlar arasında Cümhuriyyət Xalq Partiyasının (CHF) İzmir seçkilərindəki iki qadın namizədi Hasanə Nalan və Benal Nevzat, İstanbul seçkilərindəki namizədlərindən isə Rana Sani Yavər (Eminönü), Şeniyə İsmail xanım (Beykoz), Ayşe Rəmzi xanım (Bəyoğlu), Nakiye (Beyoğlu) və Lətifə Bəkir (Beyoğlu) olmuşdur.[1]

Bu seçkilərdə Sədiyə Xanım Artvin ilinin Yusufeli ilçəsinə bağlı Kılıçkaya bəldəsinə bələdiyyə sədri seçilərək “Türkiyənin ilk qadın bəldə bələdiyyə sədri” olub və iki il bu vəzifəni icra edib. Türkiyənin ilk qadın il bələdiyyə sədri isə coxpartiyalı siyasi həyata keçiddən seçilmişdir: 3 sentyabr 1950-ci ildə keçirilən bələdiyyə seçkilərində 27 üzvü olan Mersin Bələdiyyə Məclisinə seçilən Müfidə İlhan ilk qadın il bələdiyyə başçısı olub.[2]

Kənd muxtarı redaktə

Kənd Qanununun 20-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 26 oktyabr 1933-cü il tarixli, 2329 nömrəli Qanunun qüvvəyə minməsi ilə Türkiyədəki qadınlara kənd muxtarı və məclislərinə seçilmək hüququ verildi.

Aydın vilayətinin Çine mahalının Dəmirdərə kəndində təxminən 500 seçicinin səsi ilə seçkini qazanan Gül Əsin Türkiyə Respublikasının ilk qadın muxtarı olmuşdur.[3]

Millət vəkili redaktə

 
Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın deputatı

Türkiyədə qadınlar millət vəkili olmaq üçün ilk addımı 1923-cü ildə atdılar. Bu addım qadınların 1923-cü ildə Nəzihə Mühiddinin başçılığı ilə ilk qadın partiyası olan “Qadınlar Xalq Partiyası”nı yaratmaq istəyi idi. Ancaq 1909-cu il Seçki Qanununa görə belə bir partiya yaratmaq mümkünsüz idi və onların bu cəhdi Türk Qadınlar Birliyinin yaranması ilə nəticələndi.[4]

1924-cü il konstitusiyası hazırlanarkən qadınların millət vəkili seçmək və seçilmək hüququna malik olması gündəmə gətirilsə də, Türkiyə Böyük Millət Məclisində bu hüquqların yalnız kişilərə verilməsi fikri üstünlük təşkil etmiş, qadınlar Milli Məclisdə siyasi haqq qazana bilməmişdirlər.[5][6]

1934-cü ildə baş nazir İsmət İnönü və 191 millət vəkilinin Konstitusiya və Seçki Qanununa dəyişiklik edilməsi ilə bağlı verdiyi təklif nəticəsində bu mövzuda lazımi hüquqi dəyişiklik reallaşdı. Təklif 1934-cü il dekabrın 5-də parlamentdə müzakirə edildi. 317 millət vəkilindən ibarət parlamentdə keçirilmiş səsvermədə iştirak edən 258 millət vəkilinin hamısı bu dəyişikliyin lehinə olmuş və təklif qəbul edilmişdir. Nəticədə konstitusiyanın 10 və 11-ci maddələrinə dəyişiklik edilib və hər bir qadına 22 yaşından etibarən seçmək, 30 yaşından etibarən isə seçilmək hüququ verilb. Bu konstitusiya dəyişiklikləri çərçivəsində 11 dekabr 1934-cü ildə İntibah-ı Mebusan Qanununa (Parlament Seçki Qanunu) edilən dəyişikliklər nəticəsində konstitusiyada verilən hüquqlar seçki qanunu ilə tənzimlənmişdir.[7]

Qanun qəbul edildikdən sonra, 7 dekabr 1934-cü ildə Türk Qadınlar Birliyi İstanbulun Bəyazit meydanında böyük bir bayram mitinqi və Bəyazitdən Taksimə yürüş təşkil etmişdir.

Türkiyədə qadınların iştirak etdiyi ilk parlament seçkiləri 8 fevral 1935-ci ildə Türkiyə Böyük Millət Məclisinin 5-ci dövrü üçün təşkil olunmuş seçkilər olub. Bu seçkilər nəticəsində Türkiyə Böyük Millət Məclisinə 17 qadın millət vəkili daxil olub. 1936-cı ilin əvvəlində boş qalan millət vəkilləri üçün keçirilmiş təkrar seçkilərdə təqaüdçü müəllim Xədicə Özgenerin Çankırı millət vəkili seçilməsi ilə parlamentdəki qadın millət vəkillərinin sayı 18-ə yüksəlmişdir.[8]

İstinadlar redaktə

  1. Kartal, Cemile Burcu. "Türkiye'de kadınların siyasal haklarını kazanma süreci ve 1930 belediye seçimler". YÖK Tez Veritabanı. İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü Yüksek Lisans tezi, 2005. 6 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2016.
  2. Bozkurt, Birgül. "Türkiye'nin İlk Kadın İl Belediye Başkanı 'Müfide İlhan' ve Mersin'deki Çalışmaları" (PDF). Cumhuriyet Tarihi Araştırmaları Dergisi Yıl 10 Sayı 19, Bahar 2014. 6 December 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 December 2017.
  3. "İşte Türkiye'nin ilk kadın muhtarı". Haber7.com sitesi 13 Ocak 2006. 6 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2016.
  4. Sarısakal, Baki. "Kadınlar Halk Fırkası" (PDF). Bakisarisakal.com sitesi. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 August 2016.
  5. Terzioğlu, Zübeyde. "Basına Göre Türk Kadınının Siyasi Hakları (1930-1935)". YÖK Tez Veritabanı. Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Yüksek Lisans tezi. 6 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2016.
  6. "Zübeyde Terzioğlu, Basına Göre Türk Kadının Siyasi Hakları (1930-1935), Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Yüksek Lisans Tezi, İstanbul 2007". 29 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2011.
  7. Terzioğlu, Zübeyde. "Basına Göre Türk Kadınının Siyasi Hakları (1930-1935)". YÖK Tez Veritabanı. Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Yüksek Lisans tezi. 6 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2016.
  8. Sezer, Ayten. "Türkiye'de İlk Kadın Milletvekilleri ve Meclis'teki Çalışmaları". Atatürk Araştırma Merkezi Dergisi. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2016.

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024