Uşaq-gənclər idman məktəbi Haqqinda Melumat - Vikipedia

Uşaq-gənclər idman məktəbi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Uşaq-gənclər idman məktəbi

Uşaq-gənclər idman məktəbi (UGİM) — öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamağa və yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldən məktəbdənkənar, sosial yönlü müəssisə.

Azərbaycan Respublikasında UGİM-in açılması bu aşağıdakı şərtlərlə həyata keçirilir:

  1. təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması;
  2. bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması;
  3. açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması.[1]

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-17.

Xarici keçidlər redaktə


Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024