UEFA Kuboku finalı 1976 Haqqinda Melumat - Vikipedia

UEFA Kuboku finalı 1976 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UEFA Kuboku finalı 1976

UEFA Kuboku finalı 19761976-cı ilin 28 aprel19 may tarixlərində İngiltərə təmsilçisi "LiverpulBelçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq EnfildOlimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi.

UEFA Kuboku finalı 1976
Turnir UEFA Kuboku 1975/1976
Yekun nəticə
Birinci matç
Tarix 28 Aprel 1976
Yer Enfild, Liverpul
Hakim Ferdinand Biversi (Almaniya)
Tamaşaçı 50,188
İkinci matç
Tarix 19 May 1976
Yer Olimpiya stadionu, Brügge
Hakim Rudolf Qlökner (Almaniya)
Tamaşaçı 29,423
1975
1977

Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı. Turnir boyunca onların ən böyük üstünlüyü isə 2 qol ilə ölçülürdü. Bu matçlar ardıcıl olaraq birinci və üçüncü mərhələdə Fransa təmsilçisi "Lion" və İtaliya təmsilçisi "Roma" ilə keçirilmiş oyunlara təsadüf edirdi.

Enfild stadionunda keçirilmiş ilk final matçını 50,188 tamaşaçı izləyirdi və matçın ilk hissəsində "Brügge" Raul LambertCulien Kuulsun qolları ilə 0-2 hesabı ilə öndə idi. "Liverpul" ikinci hissədə durumu bərpa etdi; 7 dəqiqə ərzində Rey Kennedi, Cimmi KeysKevin Kiqanın vurduğu qollar "Liverpul" komandasına finalın ilk matçında qələbə qazandırdı. Brügge şəhərində keçirilmiş cavab matçında isə Olimpiya stadionunda oyunu 29,423 tamaşaçı izləyirdi. Bu görüşün 11-ci dəqiqəsində ev sahibi hesabda önə keçdi. "Liverpul" komandası bundan 4 dəqiqə sonra Kevin Kiqanın cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi. Bundan sonra oyunda hesab dəyişmədi və matç 1-1 hesabı ilə başa çatdı. Beləliklə "Liverpul" final matçını yekunda 4-3 hesabı ilə qazanaraq tarixində ikinci dəfə UEFA Kubokuna sahib oldu.

Finala gedən yol redaktə

border=none  Əsas məqalə: UEFA Kuboku 1975/1976

Liverpul redaktə

"Liverpul" Uefa Kuboku turnirinə 1974–75 İngiltərə Futbol Liqasını ikinci pillədə başa vurmaqla vəsiqə qazandı. Onların birinci mərhələdə rəqibləri Şotlandiyanın "Hibernian" klubu idi. İlk matçı səfərdə keçirən "Liverpul" İster Roud stadionunda 1-0 hesabı ilə məğlub oldu amma Enfilddə keçirilən cavab matçında onlar Con Benjamin Toşakın het-triki ilə 3-1 hesablı qələbə əldə etdilər. Beləliklə onlar ilk mərhələni 3-2 hesabı ilə adladılar.[1] İkinci mərhələdə "Liverpul" İspaniyanın "Real Sosyedad" klubu ilə qarşılaşdı və səfərdə keçirilən ilk matçda qonaq komanda 1-3 hesablı qələbə qazandı. Cavab qarşılaşmasında 6-0 hesablı qələbə ilə yekun hesab 9-1 ilə nəticələndi.[2]

Mərhələ Rəqib Birinci oyun İkinci oyun Yekun hesab
Birinci Hibernian 1-0 (s) 3–1 (e) 3–2
İkinci Real Sosyedad 1-3 (s) 6–0 (e) 9–1
Üçüncü Slask Vroslav 1-2 (s) 3–0 (e) 5–1
1/4 final Dinamo Drezden 0–0 (s) 2–1 (e) 2–1
Yarımfinal Barselona 0-1 (s) 1–1 (e) 2–1

Üçüncü mərhələdə "Liverpul"un rəqibi Polşanın "Slask Vroslav" oldu. İlk matç Polşada Oporovska stadionunda keçirildi və "Liverpul" Rey KennediToşakın qolları ilə 1-2 hesablı qələbə qazandı. Enfilddə keçirilən cavab matçında isə Cimmi Keysin het-triki ilə ev komandası 3-0 hesabı ilə qələbə qazandı və beləliklə "Liverpul" yekunda 5-1 hesabı ilə dörddəbir final mərhələsinə adladı.[3] Dörddəbir finalda "Liverpul"un rəqibi Şərqi Almaniyanın "Dinamo Drezden" komandası oldu. Almaniyada keçirilmiş ilk oyunda "Liverpul"un qapıçısı Rey Klemens 11 metrlik cərimə zərbəsini tutduqdan sonra matç 0-0 hesabı ilə bitdi. Cavab matçında isə Cimmi KeysKevin Kiqanın qolları ilə 2-1 hesablı qələbə qazanan "Liverpul" yarımfinala adladı.[4]

Yarımfinal mərhələsində rəqib İspaniyanın "Barselona" klubu idi. Tərəflər arasında ilk oyun Barselonada, Kamp Nouda keçirildi. "Liverpul" səfərdə Con Benjamin Toşakın 13-cü dəqiqədə vurduğu qol ilə qalib gəldi. Enfilddə keçirilən cavab matçının 50-ci dəqiqəsində Fil Tompson "Liverpul"u hesabda irəli keçirdi. Lakin 1 dəqiqə sonra "Barselona" hesabı bərabərləşdirsədə matçda hesab sonradan dəyişmədi. Final fitindən sonra yekun hesabda 2-1 hesabı ilə qalib gələn "Liverpul" tarixində ikinci dəfə UEFA Kuboku turnirinin finalına vəsiqə əldə etdi.[5]

Brügge redaktə

Mərhələ Rəqib Birinci oyun İkinci oyun Yekun hesab
Birinci Olimpik Lion 4-3 (s) 3-0 (e) 6-4
İkinci İpsviç Taun 3–0 (s) 4–0 (e) 4-3
Üçüncü Roma 0-1 (s) 1–0 (e) 2-0
1/4 final Milan 2–1 (s) 2-0 (e) 3–2
Yarımfinal Hamburq 1–1 (s) 1–0 (e) 2–1

"Brügge" klubu UEFA Kubokuna vəsiqəni 1974-75 Belçika birinci divizyonunda dördüncü pilləni tutmaqla qazandı.[6] Birinci mərhələdə rəqib Fransanın "Lion" klubu oldu. Tərəflər arasında ilk matç Lionda Jerlan stadionunda baş tutdu və "Brügge" 4-3 hesabı ilə məğlub oldu. Olimpiya stadionunda keçirilən cavab qarşılaşmasında isə onlar 3-0 qalib gələrək yekunda 6-3 hesabı ilə növbəti mərhələyə adlamaq şansı əldə etdilər.[7]

"Brügge"nin ikinci mərhələdə rəqibi İngiltərə təmsilçisi "İpsviç Taun" komandası oldu. Mərhələnin ilk matçı "İpsviç Taun"un meydanı Portman Roadda baş tutdu və ingilislər 3-0 hesabı ilə qələbə qazandılar. Cavab matçında turnirdə mübarizəni davam etdirmək üçün "Brügge" ən azı 3 qol vurmalı idi. Məhz cavab qarşılaşmasında onlar 4-0 hesablı nəticə ilə yekunda 4-3 hesabı ilə üçüncü mərhələyə adladılar.[7]

Üçüncü mərhələdə rəqib "Roma" klubu idi. İlk matçı evində oynayan "Brügge" Yulien Kuulsun qolu ilə 1-0 hesablı qələbə qazandı. İkinci görüşdə də Olimpiko stadionunda 0-1 hesabı ilə qalib gələn "Brügge" yekun nəticədə 2-0 hesabı ilə dörddəbir final mərhələsinə adladı. Püşkatma nəticəsində onlar bu mərhələdə digər İtaliya təmsilçisi "Milan" ilə qarşılaşmalı oldular. İlk oyunu evində keçirən "Brügge" Ulrik le FevreEduard Kriqerin qolları ilə 2-0 hesabı ilə qələbə əldə etdilər. "Brügge" cavab qarşılaşmasında San Siroda 2-1 hesabı ilə məğlub olsada yekun 3-2 hesabı ilə yarımfinal məhrələsinə adladı.[7]

"Brügge"nin yarımfinal mərhələsində rəqibi Almaniya təmsilçisi Hamburq oldu. İlk oyun Hamburqu stadionu Volksparkştadionda baş tutdu və matç 1-1 hesabı ilə yekunlaşdı. Səfərdə vurduğu qol "Brügge"yə üstünlük verirdi. Öz evində 1-0 hesablı qələbə qazanan "Brügge" yekunda 2-1 hesabı ilə tarixində ilk dəfə Avropa miqyaslı turnirin final matçına vəsiqə əldə etdi.[7]

Arxa plan redaktə

"Liverpul" tarixində ikinci dəfə UEFA Kuboku turnirinin finalında çıxış edəcəkdi. Onlar 1973-cü ildə ilk dəfə turnirin finalında çıxış edərkən "Borussiya Münhenqladbax" komandasına 3-2 hesabı ilə qalib gəlmişdilər. "Brügge" komandası isə tarixində ilk dəfə Avropa miqyaslı turnirin finalına çıxmaqla bu nailiyyəti qazanan ilk Belçika təmsilçisi olmuşdur. Onlar 1970–71 mövsümü UEFA Kuboklar Kuboku turnirinin dörddəbir final mərhələsinə kimi irəliləmiş[8] lakin burada İngiltərənin "Çelsi" komandası tərəfindən məğlub edilmişdilər.[9]

"Liverpul" final matçları arasında 1975–76 İngiltərə Futbol Liqasını mövsümünü qazandı belə ki, çempionatın son turunda "Vulverhempton" üzərində 3-1 hesablı qalibiyyətdən sonra İngiltərə çempionluğunu rəsmiləşdirdilər. Daxili çempionatda bu uğurdan sonra "Liverpul" İngiltərə çempionu kimi UEFA Çempionlar Kuboku 1976/1977 turnirində iştirak hüququ qazandı.[10] "Brügge" 1975–76 Belçika birinci divizyonunda "Anderlext" ilə 4 xallıq fərqlə birinci başa vurdu. Onların bu uğuruda həmçinin onlara Belçika çempionu kimi Avropa miqyaslı turnirdə iştirak hüququ qazandırdı.[6]

Birinci matç redaktə

Nəticə redaktə

 
İlk matç Liverpulun ev meydançası olan Enfilddə keçirilmişdir.

"Brügge" oyuna daha yaxşı başladı və oyunun 5-ci dəqiqəsinda artıq hesabda irəli keçdi. Fil Nil tərəfindən geriyə qapıçıya başla ötürülən topa birinci çatan "Brügge"nin yarımmüdafiəçisi Raul Lambert nəzarəti ələ alaraq topu qapıçı Rey Klemensin başı üzərindən qapıya göndərdi.[11] Bundan 7 dəqiqə sonra "Brügge" Yulien Kuulsun qolu ilə üstünlüyünü bir qədər də artırdı. Belçikalılar hücumlarını davam etdirsədə "Liverpul" müdafiəçiləri Emlin Hyüz və Tommi Smit ilk hissənin sonuna qədər rəqibin qarşısını ala bildi.[12]

"Liverpul"un baş məşqçisi Bob Peysli fasilədə komanda da dəyişiklik etməyi qərara aldı. Bob Peysli hücumçu olan Con Benjamin Toşakı yarımmüdafiəçi Cimmi Keys ilə dəyişmək qərarı aldı. Bu dəyişiklik oyuna öz təsirini göstərdi.[12] Oyunun 59-cu dəqiqəsində "Liverpul"dan Stiv Heyvey topu Rey Kennediyə ötürdü ki, ikinci öz növbəsində 18 metrdən hesab arasındakı fərqi azaltdı. Bundan 2 dəqiqə sonra isə Rey Kennedinin zərbəsindən sonra qapı dirəyindən geri dönən topu Cimmi Keys qapıya göndərdi.[4] "Liverpul" iki dəqiqə sonra hesabı bərabərləşdirdi; Kennedinin zərbəsindən sonra top qapı dirəyindən qayıdaraq Keysin önünə düşdü ki, öz növbəsində yaxın məsafədən hesabı bərabərləşdirdi.[11]

"Liverpul" üç dəqiqə sonra isə hesabda ilk dəfə irəli keçdi cərimə meydançası daxilində kobudluqla dəyandırılan Stiv Heyvey komandasına 11 metrlik cərimə zərbəsi qazandırdı və Kevin Kiqan dəqiq zərbə ilə Liverpulu 3-2 hesabı ilə önə keçirdi.[4] Oyunun qalan dəqiqələrində "Liverpul" hesab arasındakı fərqi artırmaq şanları olsada həm onlar həm də rəqibləri uğur əldə edə bilmədilər. Oyunun baş hakimi final fitini səsləndirdikdən sonra matç 3-2 hesabı ilə "Liverpul"un xeyrinə başa çatdı.[13]

Oyunun nəticələri redaktə

28 aprel 1976
Liverpul İngiltərə  3 : 2
Hesabat
Belçika  Brügge
Kennedi Qol  59'
Keys Qol  61'
Kiqan Qol  65'
Qollar Lambert Qol  5'
Kuuls Qol  15'
Enfild, Liverpul
Tamaşaçı: 50 188 [14]
Hakim: Almaniya  Ferdinand Biversi


 
 
 
 
 
 
 
 
Liverpul
 
 
 
 
 
 
 
 
 
Brügge
Q 1 İngiltərə  Rey Klemens
M 2 İngiltərə  Fil Nil
M 3 İngiltərə  Tommi Smit
M 4 İngiltərə  Fil Tompson
Y 5 İngiltərə  Rey Kennedi
M 6 İngiltərə  Emlin Hyüz (k)
H 7 İngiltərə  Kevin Kiqan
H 8 İngiltərə  Devid Ferklaf
Y 9 İrlandiya  Stiv Heyvey
H 10 Uels  Con Benjamin Toşak 46-cı dəqiqədə əvəz olunub  46'
Y 11 İngiltərə  İan Kallaqan
Ehtiyat oyunçular:
Y 12 İngiltərə  Cimmi Keys 46-cı dəqiqədə əvəzetmədən daxil olub  46'
Q 13 İngiltərə  Pitr MakDonnell
M 14 İngiltərə  Coi Cons
Y 15 Şotlandiya  Brayan Holl
Y 16 İngiltərə  Terri MakDermot
Baş məşqçi:
İngiltərə Bob Peysli
Q 1 Danimarka  Birger Yensen
M 2 Belçika  Fons Bastiyns (k)
M 3 Avstriya  Eddi Kriqer
M 4 Belçika  Jorj Lekens
M 5 Belçika  Jos Volders
Y 6 Belçika  Yulien Kuuls
Y 7 Belçika  Rene Vandereyken
Y 8 Belçika  Daniel de Kubber
H 9 Belçika  Rocer van Qol
H 10 Belçika  Raul Lambert
H 11 Danimarka  Ulrik le Fevre
Ehtiyat oyunçular:
Q 12 Belçika  Hüqo Piters
M 13 Belçika  Norbert De Naycel
Y 14 Belçika  Dirk Sanders
H 15 Lixtenşteyn  Konrad Holenştein
H 16 Belçika  Dirk Hinderiks
Baş məşqçi:
Avstriya  Ernst Happel

İkinci matç redaktə

Nəticə redaktə

 
Olimpiya stadionu, ikinci matçın keçirildiyi məkan olmuşdur.

"Liverpul" cavab matçına bir qol üstünlüklə çıxmağına baxmayaraq, səfərdə vurduğu qollar səbəbilə "Brügge" qol buraxmadan 1 qol fərqilə matçı yekunlaşdırsa bilsəydi turnirin qalibi olacaqdı.[15] Belçikalılar onlara lazım olan qolu oyunun 11-ci dəqiqəsində vurdu. "Liverpul"un müdafiəçisi Smit cərimə meydançası daxilində topa əli ilə toxunaraq 11 metrlik cərimə zərbəsinə səbəbkar oldu. Topa yaxınlaşan Raul Lamert komandasını hesabda irəli çıxardı və ümumi hesabı 3-3 etdi.[16] Hesabda geri olmasına cavab olaraq bundan dörd dəqiqə sonra "Liverpul" hesabı bərabərləşdirdi. Onlar 11 metrlik cərimə zərbəsi ərazisinin kənarından cərimə zərbəsi vurma şansı qazandılar. Hyüz topu Kevin Kiqana ötürdü və ikinci sağ ayağı ilə topu qapıdan keçirərək "Liverpul"u hesabda yenidən irəli keçirtdi. Bu qol həmdə "Brügge"nin turnir boyunca öz evində buraxdığı ilk qol oldu.[16]

"Brügge" qalib gəlmək şanslarını qorumaq üçün bundan sonra daha bir qol vurmasına ehtiyacı vardı. Komanda şəklində hücuma keçən ev sahibləri rəqibi müdafiə olunmağa məcbur etdi ki, yalnız irəlidə Kevin Kiqan qalmışdı.[15] Buna baxmayaraq oyunun 34-cü dəqiqəsində "Liverpul"un daha bir qol vurması üçün imkan yarandı. Kennedidən sərbəst vuruşla ötürmə alan Smitin zərbəsi qapıdan aralı keçdi.[16] Matçın son 5 dəqiqəsində "Brügge"nin təzyiqi bir daha artdı. Ulrik le Fevre və Rocer van Qolun qurduğu kombinasiya yekunda topu Liverpul müdafiəsindən yayındıraraq Lambertə çatdırdı. Onun sonrakı zərbəsini "Liverpul"un qapıçısı qaytardıqdan sonra top qapı dirəyinə dəydi.[16] "Brügge" lazım olan qolu vurmaq üçün səylərini davam etdirirdi; onların ən yaxşı şansları isə matçın sonuna dörd dəqiqə qalmış yarandı. "Brügge" "Liverpul"un müdafiəsini yarmağı bacardı lakin Kuulsun zərbəsini Klemens geri qaytarmağı bacardı.[16] Bundan sonra oyunda qol vurulmadı və matçın yekun hesabı 1-1 başa çatdı.

İkinci matçın yekun nəticəsində "Liverpul" turnirdə 4-3 hesabı ilə qalib gəldi və 1973-cü ildən sonra onlar ikinci dəfə UEFA Kuboku turnirini qazanmış oldular. Həmçinin onlar ikinci dəfə Liqanı və UEFA Kubokunu qazanmaqla tarixlərində ikinci dəfə dubla imza atdılar. "Liverpul"un baş məşqçisi Bob Peysli isə ikinci oyundakı nəticədən sonra bunu oyunçularla birgə qeyd etdi: "İkinci hissə mənim həyatımın ən uzun 45 dəqiqəsi oldu. İngiltərəni təmsil etdiyimiz üçün bizdə şiddətli qürur hissi var idi. Biz ölkəmizi təmsil edənin məğlub olmasına icazə verə bilməzdik və biz öz yoldaşlarımızla fəxr edirik" deyə fikrini bildirdi.[17]

Oyunun nəticələri redaktə

19 may 1976
Brügge Belçika  1 : 1
Hesabat
İngiltərə  Liverpul
Lambert Qol  11' Qollar Kiqan Qol  15'
Olimpiya stadionu, Brügge
Tamaşaçı: 29 423
Hakim: Almaniya  Rudi Qlökner


 
 
 
 
 
 
 
 
 
Brügge
 
 
 
 
 
 
 
 
Liverpul
Q 1 Danimarka  Birger Yensen
M 2 Belçika  Fons Bastiyns (c)
M 3 Avstriya  Edi Kriqer
M 4 Belçika  Jorj Lekens
M 5 Belçika  Jos Volders
Y 6 Belçika  Yulien Kuuls
Y 7 Belçika  Rene Vandereyken
Y 8 Belçika  Daniel de Kubber 68-ci dəqiqədə əvəz olunub  68'
H 9 Belçika  Rocer van Qol
H 10 Belçika  Raul Lambert 75-ci dəqiqədə əvəz olunub  75'
H 11 Danimarka  Ulrik le Fevre
Ehtiyat oyunçular:
Q 12 Belçika  Hüqo Piters
M 13 Belçika  Norbert De Naycel
H 14 Belçika  Dirk Hinderiks 68-ci dəqiqədə əvəzetmədən daxil olub  68'
Y 15 Belçika  Dirk Sanders 75-ci dəqiqədə əvəzetmədən daxil olub  75'
Baş məşqçi:
Avstriya  Ernst Happel
Q 1 İngiltərə  Rey Klemens
M 2 İngiltərə  Fil Nil
M 3 İngiltərə  Tommi Smit
M 4 İngiltərə  Fil Tompson
Y 5 İngiltərə  Rey Kennedi
M 6 İngiltərə  Emlin Hyüz (c)
H 7 İngiltərə  Kevin Kiqan
U 8 İngiltərə  Cimmi Keys
U 9 İrlandiya  Stiv Heyvey
H 10 Uels  Con Benjamin Toşak 62-ci dəqiqədə əvəz olunub  62'
Y 11 İngiltərə  İan Kallaqan
Ehtiyat oyunçular:
H 12 İngiltərə  Devid Ferklaf 62-ci dəqiqədə əvəzetmədən daxil olub  62'
Q 13 İngiltərə  Pitr Makdonnell
M 14 Uels  Coi Cons
Y 15 Şotlandiya  Brayan Holl
Y 16 İngiltərə  Terri MakDermot
Baş məşqçi:
İngiltərə  Bob Peysli

İstinadlar redaktə

  1. Liversedge (1991) p. 179.
  2. Kelly (1988) p. 117.
  3. Ponting (1992) p. 96.
  4. 1 2 3 Ponting (1992) p. 99.
  5. Liversedge (1991) p. 180.
  6. 1 2 Ploquin, Phil; Nackaerts, Luc; Coolsaet, Jeroen. "Belgium – Final Tables 1895–2008". Rec. Sport. Socces Statistics Foundation (RSSSF). 20 October 2011. 14 March 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2011.
  7. 1 2 3 4 Ross, James M. "UEFA Cup 1975–76". Rec. Sport. Soccer Statistics Foundation (RSSSF). 9 January 2008. 17 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011.
  8. "History". Union of European Football Associations (UEFA). İstifadə tarixi: 13 December 2011.
  9. Ross, James M. "Cup Winners' Cup 1970/71". Rec. Sport. Soccer Statistics Foundation (RSSSF). 9 January 2008. 7 January 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2011.
  10. Kelly (1988) p. 113.
  11. 1 2 Wood, Chris. "Great matches: Liverpool beat Bruges over two legs". LFC History. 2 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011.
  12. 1 2 Ponting (1992) p. 92.
  13. Liversedge (1991) p. 181.
  14. "UEFA Cup finals" (PDF). UEFA.com. Union of European Football Associations. səh. 2. 16 February 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 July 2013.
  15. 1 2 Hutchings; Nawrat (1995) p. 141.
  16. 1 2 3 4 5 "Liverpool clinch it". Daily Mirror. London. 20 May 1976.
  17. Ponting (1992) p. 93.

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024