UY Scuti Haqqinda Melumat - Vikipedia

UY Scuti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UY Scuti qalxan bürcündə yerləşən dəyişkən qırmızı ifratnəhəng ulduzdur. Radiusuna görə Stephenson 2-18 ulduzundan sonra ən böyük ulduzdur. 1.708 R (1.188 × 109 km; 7,94 astronomik vahid) radiusu ilə Günəşdən 5 milyard dəfə böyük həcmə malikdir. Yer planetindən təqribi olaraq 9,500 işıq ili uzaq məsafədə yerləşir. Əgər bu ulduz Günəş sisteminin mərkəzində yerləşsəydi fotosferası Yupiterin orbitini əhatə edərdi.

Ulduz
UY Scuti
Müşahidə məlumatları
(Dövr J2000.0)
Məsafə 9.500 işıq ili[1]
Görünən ulduz ölçüsü (V) 11,2[2]
Bürc Qalxan
Astrometriya
Radial sürət (Rv) 18,33 ± 0,82 km/san[3]
Parallaks (π) 0,6433 ± 0,1059 mas[3]
Mütləq böyüklük (V) −8,95
Xüsusiyyətləri
Ulduz təsnifatı M2/4I[4]
Fiziki xüsusiyyətləri
Kütlə 8,5 ± 1,5 M☉, 63.628.800.000.000.000.000.000.000.000.000 kq
Radius 916 R☉, 13 R☉
İşıqlandırma gücü 340.000 L☉
Orbit elementləri
Digər təyinatlar
IRAS 18248-1229, GSC 05698-05176, 2MASS J18273652-1227589, BD-12 5055, IRC -10422, JP11 293, PPM 234561, RAFGL 2162, TYC 5698-5176-1, UBV M 5387, UY Sct, UCAC3 156-208543, Gaia DR2 4152993273702130432
Verilənlər bazasında məlumat
SIMBAD V* UY Sct
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adlandırılması və tarixi redaktə

Uy Scuti ilk dəfə 1860-cı ildə Bonn rəsədxanasında Alman astronomları tərəfindən göy üzündəki ulduzların ilk araşdırılması zamanı "Bonner Durchmusterung Stellar Catalogue" kataloqunda qeyd olunmuşdur.[5] O BD-125055 adlandırılmışdır, 0-cı düz doğuşdan sayarkən 12°S və 13°S arasında yerləşən 5,055-ci ulduzdur.

Növbəti araşdırma zamanı bu ulduzun parlaqlığının bir az dəyişdiyi müşahidə olundu, bu səbəblə bu ulduzun yeni dəyişkən ulduz olması fikri irəli sürüldü. Dəyişkən ulduzların təyin olunmasının beynəlxalq strandartlarına uyğun olaraq UY Scuti Qalxan bürcünün 38-ci dəyişən ulduzu kimi təyin olundu (bax: dəyişən ulduzların tərifləri)[6]

UY Scuti Qamma Scuti A-tip ulduzunun bir neçə dərəcə şimalında və NGC 6611-in şimal-şərqində məskunlaşmışdır. Ulduzun işıqlığı çox böyük olsa da, ən parlaq halı ilə Yerdən 9-cu parlaq ulduz kimi görünür, bunun səbəbi ulduzun Böyük Yarığın içərisində Qaçınma zonasında olan məsafəsi və yeridir.[7]

İstinadlar redaktə

  1. https://web.archive.org/web/20210308202644/https://www.aanda.org/articles/aa/abs/2013/06/aa20920-12/aa20920-12.html.
  2. Ducati J. R. Catalogue of Stellar Photometry in Johnson's 11-color system (ing.). 2002. Vol. 2237.
  3. 3,0 3,1 Gaia Data Release 2 (ing.). / Data Processing and Analysis Consortium, European Space Agency 2018.
  4. Solf J. Spectral type and luminosity classification of late-type M stars from near-infrared image tube coude spectrograms. 1978. C. 34. S. 409–416.
  5. "UY Scuti — Universe Guide". Universe Guide. Retrieved 15 January 2016.
  6. Prager, R. (1927). "Katalog und Ephemeriden veraenderlicher Sterne fuer 1927". Kleine Veroeffentlichungen der Universitaetssternwarte zu Berlin Babelsberg. 1: 1.i. Bibcode:1927KVeBB…1….1P.
  7. "UY Sct (UY Scuti)". kusastro. Retrieved 15 January 2016.

Xarici keçidlər redaktə

UY Scuti haqqında video


Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023