U Tan Haqqinda Melumat - Vikipedia

U Tan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

U Tan (22 yanvar 1909[1][2][…]25 noyabr 1974[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]) Birləşmiş Millətlər Təşkilatının üçüncü baş katibi olmuş (1962-1971) birmalı pedaqoq olmuşdur.

U Tan
birm. ဦးသန့်
30 noyabr 1961 – 31 dekabr 1971
ƏvvəlkiDaq Hammarşeld
SonrakıKurt Valdheym
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1909(1909-01-22)[1][2][…]
Vəfat tarixi 25 noyabr 1974(1974-11-25)[1][2][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Fəaliyyəti siyasətçi, diplomat, yazıçı
Dini Theravada

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 1931-1952-ci illər arasında ölkəsində müxtəlif dövlət vəzifələrində işləmişdir. O, 1952-1953-cü illər ərzində BMT-də Birma nümayəndələri arasında olmuşdur. 1957-ci ildə Birmanın BMT-dəki daimi nümayəndəsi olan U Tan, 1959-cu ildə BMT Baş Assambleyasının vitse-prezidenti təyin edilmişdir.

BMT-nin Baş katibi Dag Hammarskjöld vəfat etdikdən sonra o, ABŞSovet İttifaqı tərəfindən baş katibin səlahiyyətlərini icra etmək üçün bu vəzifəyə irəli sürülmüşdür. 1961-ci ildə bu vəzifəyə seçilmiş U Tan 1962-ci ildə daimi baş katib olmuşdur. O, 1966-cı ildə yenidən beş il müddətinə eyni vəzifəyə seçilmişdir. O, bu vəzifədə 1971-ci ilə qədər qalmışdır.

İstinadlar redaktə

  1. 1 2 3 4 Sithu Thant // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Brozović D., Ladan T. U Thant // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s. ISBN 978-953-6036-31-8
  3. 1 2 https://www.treccani.it/enciclopedia/sithu-u-thant.

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024