Uilyam Bil Şenkli Haqqinda Melumat - Vikipedia

Uilyam Bil Şenkli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vilyam Bil Şenkli

(Uilyam Bil Şenkli səhifəsindən istiqamətləndirilmişdir)

Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi.

Vilyam Bil Şenkli
ing. Bill Shankly
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Şotlandiya
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi cinah yarımmüdafiəçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

U. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub[1]. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı.

Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı.

1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı. Ən böyük uğurlara isə 1959-cu ildən çalışdırmağa başladığı "Liverpul"da nail oldu.

"Enfild" stadionunun darvazalarından biri U. Şenklinin adını daşıyır. Bundan başqa "Liverpul"un azarkeşləri ona həsr edilən çoxlu mahnılar bəstələyiblər.

İstinadlar redaktə

  1. "1913-cü ildə anadan olan və dünyasını dəyişən məşhurlar". 2012-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.

Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023