Ukrayna qadın milli voleybol komandası Haqqinda Melumat - Vikipedia

Ukrayna qadın milli voleybol komandası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ukrayna qadın milli voleybol komandası

Ukrayna
Reytinqdə sırası 46 (2014 yanvar ayı üçün)[1]
Konfederasiya CEV
Federasiya UVF
Məşqçi Ukrayna Volodimir Buzaiev
İnternet Saytı Ukrayna Voleybol Federasiyası
Olimpiya oyunları
İştirakı 1 dəfə (1996-cı il)
Ən yaxşı nəticəsi 11-ci yer
Dünya çempionatı
İştirakı 1 dəfə (1994-cü il)
Ən yaxşı nəticəsi 11-ci yer
Avropa çempionatı
İştirakı 5 dəfə (debütü 1993-cü il)
Ən yaxşı nəticəsi 3-cü yer : 1993

Ukrayna qadın milli voleybol komandasıUkraynanın ən yaxşı voleybolçularını özündə cəmləyən milli komanda. Bu komanda Ukrayna voleybolunun son illərdəki enişi səbəbindən önəmli beynəlxalq turnirlərin heç birinə qatıla bilmir. Bu üzdən də Avropada elə də tanınmır.

Tarixi redaktə

Ukrayna qadın milli voleybol komandası SSRİ-nin dağılmasından sonra (Ukrayna müstəqil olduqdan sonra) yaranmış və 1992-ci ildən beynəlxalq yarışlarda iştirak etmişdi. Beş qat dünya çempionu SSRİ-nin voleybol mədəniyyətini özündə toplaya bilən Ukrayna 1993-cü ildə Avropa qadınlar voleybol çempionatının final mərhələsinə vəsiqə qazana bilmişdi. Həmin millidən əslən ukraynalı voleybolçuları heyətinə cəlb edən komanda heyətini Avropanın əsas liqalarında çıxış edən oyunçulardan təşkil etmişdi. Bunun məntiqi nəticəsi kimi həmin Avropa çempionatının bürünc medalına da yiyələnmişdi.[2]

Ukrayna 1994-cü ildə tarixində ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazana bilmişdi. Turnirdə 11-ci yeri tutan komanda bir daha bu mötəbər turnirdə iştirak edə bilməmişdi.

XX əsrin sonlarından etibarən Ukraynada dünya səviyyəli voleybolçularının yaşlanması, əvəzində isə gözlənilən gənc oyunçuların gəlməməsi böyük enişə səbəb olmuşdu. Avropa çempionatında üçüncülük yaşayan komandadan demək olar ki, əsər-əlamət qalmamışdı. Milli yığma uzun illər heç bir beynəlxalq turnirə vəsiqə qazana bilmirdi. Bunun əsas səbəblərindən biri də Ukrayna vətəndaşı olan voleybolçuların öz milli komandalarını seçməmələri idi. Belə ki, bir çox voleybolçu bu ölkənin vətəndaşı olmasına rəğmən ayrı-ayrı güclü milli komandaları seçirdi. Bu oyunçuların ən başında Azərbaycan milli komandasında oynayan əslən ukraynalı olan dünyaca məşhur voleybolçu Natalya Məmmədova gəlir.

2011-ci ildə səkkiz illik fasilədən sonra Avropa çempionatında iştirak etməsinə rəğmən qrupunda sonuncu yeri tutmuş və turnirlə ərkən vidalaşmışdı.

2014-cü ildə dünya çempionatının seçmə mərhələsində Türkiyə, RumıniyaKipr milliləri ilə eyni qrupa düşən komanda qrupda üçüncü yeri tutaraq final mərhələsinin biletini ala bilməmişdi. Həmin vaxt komandanın heyətində aşağıdakı oyunçular yer alırdı: Novgorodçenko, Kodola, Truşkina, Zakhozha, Savençuk, Pervukhina, Delros, Stepançuk, Lisienkova[3]

Heyəti redaktə

2014-cü il üçün əsas heyəti

  • Baş məşqçi : Ukrayna  Volodimir Buzaiev
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Yekaterina Kalçenko Blokçu Ukrayna  Ximki
2 Маrinа Zaxojaya Hücumçu Ukrayna  Ximki
3 İrina Truşkina Blokçu Ukrayna  Ximki
5 Yuliya Pervuxina Blokçu Ukrayna  Ximki
6 Anna Burbelyuk Hücumçu Ukrayna  Severodonçanka
9 Tatyana Xilyuk Toppaylayıcı Ukrayna  Ximki
10 Anna Lisenkova Hücumçu Ukrayna  Severodonçanka
11 Alina Stepançuk Libero Ukrayna  Ximki
12 Viktoriya Delros Libero Ukrayna  Qalçanka TNZU
13 Yelena Novqorodçenko Toppaylayıcı Ukrayna  Ximki
15 Olqa Savençuk Hücumçu Ukrayna  Ximki
16 Nadejda Kodola Hücumçu Ukrayna  Ximki

Əsas turnirlərdə qazandığı nəticələr redaktə

Olimpiya Oyunları redaktə

İl Təşkilatçı şəhər Nəticəsi
1996 ABŞ  Atlanta 11-ci
yer
2000 Avstraliya  Sidney təsnifat keçilmədi
2004 Yunanıstan  Afina təsnifat keçilmədi
2008 Çin  Pekin təsnifat keçilmədi
2012 Böyük Britaniya  London təsnifat keçilmədi
2016 Braziliya  Rio de Janeiro ?

Dünya Çempionatı redaktə

İl Təşkilatçı ölkə Nəticəsi
1994 Braziliya  Braziliya 11-ci
yer
1998 Yaponiya  Yaponiya təsnifat keçilmədi
2002 Almaniya  Almaniya təsnifat keçilmədi
2006 Yaponiya  Yaponiya təsnifat keçilmədi
2010 Yaponiya  Yaponiya təsnifat keçilmədi
2014 İtaliya  İtaliya təsnifat keçilmədi

Avropa Çempionatı redaktə

İl Təşkilatçı ölkə Nəticəsi
1993 Çexiya  Çexiya  
Bürünc medal
1995 Niderland  Niderland 7-ci
yer
1997 Çexiya  Çexiya 7-ci
yer
1999 İtaliya  İtaliya təsnifat keçilmədi
2001 Bolqarıstan  Bolqarıstan 4-cü
yer
2003 Türkiyə  Türkiyə 9-cu
yer
2005 Xorvatiya  Xorvatiya təsnifat keçilmədi
2007 Belçika  Belçika/Lüksemburq  Lüksemburq təsnifat keçilmədi
2009 Polşa  Polşa təsnifat keçilmədi
2011 Serbiya  Serbiya/İtaliya  İtaliya 15-ci
yer
2013 Almaniya  Almaniya/İsveçrə  İsveçrə təsnifat keçilmədi

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024