Ulduzlu çömçəxul Haqqinda Melumat - Vikipedia

Ulduzlu çömçəxul Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ulduzlu çömçəxul

Ulduzlu çömçəxul (lat. Benthophilus stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.

Ulduzlu çömçəxul
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
Növ:
Ulduzlu çömçəxul
Beynəlxalq elmi adı

Yayılması redaktə

Qara, Azov, Xəzər dənizləri hövzələrində yayılmışdır.

Morfoloji əlamətləri redaktə

D III-IV,I 8-9, A I 7-9-dur. Bel sırasında 27-30, qarın sırasında 22-25 ziyil olur. Belində qonur rəngli 3 xal vardır. Uzunluğu 107 mm-ə qədər olur. Enlənmiş başı ilə seçilir. Bunların üzərində daha çox inkişaf etmiş tikancıqlar vardır. Rəngi bozdur. Bədəndə iri lövhəciklər üç sıra əmələ gətirir. Bel sırasında lövhəciklərin sayı (25) 20-30 (31), qarın sırasında (20) 22-25-dir.

Yaşayış yeri və həyat tərzi redaktə

Xəzər dənizində 2 yarımnövü yaşayır: Xəzər ulduzlu çömçəxulu -Benthophilus stellatus leobergius Iljin və Qazan çömçəxulu B.s.casachius Rahimov. Onlardan ancaq biri Azərbaycan sularında yayılmışdır. Nominativ yarımnövdən başda nizamsız yerləşmiş daha iri çoxsaylı sümük lövhəcikləri və yuxarıdan baş ilə bədən arasında zəif əyinti ilə fərqlənir. B.s.casachius yarımnövünün yaşadığı Orta Xəzərin şərq sahilindən başqa bütün dənizdə yayılmışdır. Azərbaycan sahillərində Yalamadan Sumqayıta, Küryanı rayondan Astaraya qədər azsaylıdır.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024