Ultrabənövşəyi şüalanma Haqqinda Melumat - Vikipedia

Ultrabənövşəyi şüalanma Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ultrabənövşəyi şüalanma

Ultrabənövşəyi şüalanma (ing. ultraviolet, UV) — dalğa uzunluğu 10–400 nanometr arasında şüalanmadır. İnsan gözü 400–700 nanommetr dalğa uzunluqlarına həssasdır və bu spektrin xaricindəki şüaları görə bilmir. Gözün görə bildiyi ən kiçik dalğa uzunluqlu şüalanma bənövşəyi olduğundan, ondan daha kiçik dalğa uzunluğuna sahib olan şüaya "ultra bənövşəyi" adı verilmişdir.

Ağ səth üzərinə lentlənmiş bəyaz kağız parçasının UV şüası altında görünüşü.
Ağ səth üzərində qurumuş bir damla mayenin UV şüası altında görünüşü.

Növləri redaktə

Bütün ultrabənövşəyi şüaların eyni xarakteristikaya sahib olmadığı və canlılar üzərindəki təsiri fərqli olması səbəbi ilə Ultrabənövşəyi şüalanma UŞ-A, UŞ-B və UŞ-C adlanan üç kateqoriyaya ayrılmışdır. UŞ-A: O biri şüalara nisbətən 95%-i ilə ən geniş ultrabənövşəyi şüadır. Ozon təbəqəsi bu şüaların keçməsinə imkan verir. UŞ-B: Olduqca təhlükəlidir. Bu şüaların böyük bir qismi, ozon təbəqəsi bu şüaların keçməsinə mane olur. Ultrabənövşəyi şüalarının 5 %-ni təşkil edir. UŞ-C: Sağlamlıq üçün ən təhlükəli şüalardır. Ozon təbəqəsi bu şüaların bizlərə çatmasının qarşısını alır.


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023