Umm Leysun yazıları Haqqinda Melumat - Vikipedia

Umm Leysun yazıları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Umm Leysun yazıları

Umm Leysun yazıları (gürc. უმ ლეისუნის წარწერა) ― əhəng daşından hazırlanmış qəbir lövhəsi üzərində qədim gürcü dilinin Asomtavruli əlifbası ilə yazılmış yazı. O, 1996-cı ildə qazıntılar bərpa edildikdən[1] sonra 2002-ci ildə Bizans dövrünün gürcü monastırında tapılmışdır. Həmin məkan Qüdsün Qədim şəhər adlanan ərazisindən 4, 5 km cənub-şərqdə olan Umm Leysun yaxınlığında yerləşir.[2] Yazılar polixrom[3] mozaika döşəmənin altındakı dəfn sərdabəsində tapılmışdır.[4]

Umm Leysun yazıları
Material əhəng daşı
Yazı Qədim gürcü dilinin əlifbası ilə yazılmış yazı
Yaranıb 5-ci və ya 6-cı əsr
Tarixi 2002
Saxlanılır Knessetin arxeoloji bağı, Qüds
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumilikdə sərdabədə təxminən 24 qəbir aşkar edilmişdir.[5] İnsan skeletləri üçün cinsi qiymətləndirmədən sonra qalıqların yetkin kişilərə məxsus olduğu aşkar edildi ki, bu da monastır üçün təbii haldır.[6] Üstündə gürcü yazısı olan aşkarlanmış ən vacib məqbərə "gürcü rahibi Yohan"a (qədim gürcü dilində Con) məxsus idi, hansı ki həm də ən qədim olan idi.[7] Həmin şəxsin yaşı da tapıntıya xüsusi status verir, belə ki onun vəfatı zamanı yaşı 66 yada 67 idi və o, osteoparozdan əziyyət çəkirdi.[8] Yazı həm müqəddəs torpaqlarda, həm də Gürcüstanda hər hansı arxeoloji artefkat üzərində ႵႠႰႧႥႤႪႨ (kartveli, yəni gürcü) etnoniminin qeyd olunduğu ən erkən nümunədir.[9][10]

Yazı məzar daşına həkk olunmuş 81×49 sm sahəni əhatə edir. Yazılar 5-ci əsrin sonu və ya 6-cı əsrin birinci yarısına aid edilir.[11] Yazılar Knessetin arxeoloji bağında saxlanılır.[12]

Yazılar redaktə

"  ႤႱႤႱႠႫႠႰႾႭჂ

ႨႭჀႠႬႤႴႭჃႰ
ႲႠႥႤႪႤႮႨႱႩႭႮႭ
ႱႨႱႠჂႵႠႰႧႥႤ
ႪႨႱႠჂ

" 
  • Tərcümə: "Bu Yohanın qəbridir, Purtavi rahibi, gürcü."

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Tchekhanovets, p. 304
  2. Seligman, p. 145
  3. Seligman, p. 146
  4. Seligman, p. 152
  5. Seligman, p. 157
  6. Tchekhanovets, p. 306
  7. Seligman, p. 158
  8. Khurtsilava, p. 26
  9. Tchekhanovets, p. 305
  10. Khurtsilava, p. 27
  11. Seligman, p. 162
  12. Seligman, p. 177

Biblioqrafiya redaktə

  • Seligman, J. "A Georgian Monastery from the Byzantine Period at Khirbat Umm Leisun, Jerusalem". ‘Atiqot. 83. 2015: 145–180.
  • Tchekhanovets, Y. (2014) Iohane, Bishop of Purtavi and Caucasian Albanians in the Holy Land
  • Khurtsilava, B. (2014) A Georgian Monastery of Purta, Istoriani

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024