Unix bənzəri Haqqinda Melumat - Vikipedia

Unix bənzəri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Unix bənzəriUnix əməliyyat sisteminə bənzəyən amma Single UNIX Specification lisenziyasını almamış əməliyyat sistemlərinə deyilir.

Unix soy ağacı

Sinifləndirmə redaktə

Genetik UNIX sistemləri redaktə

Bu sistemlərin AT&T kod bazası ilə tarixi bir əlaqəsi var. Hamısı olmasa da bir çox kommersial UNIX sistemləri bu kateqoriyaya daxildir. 1970-ci illərin sonunda və 1980-ci illərin əvvəlində Berkli Kaliforniya Universitetində inkişaf etdirilən məhsulların yeni nəsilləri olan BSD, bu qəbildəndir.

Əmtəə nişanı və ya damğalı olan UNIX redaktə

Bu qrup Open Group tərəfindən müəyyən edilmiş olan, Single UNIX Specification lisenziyasını qarşılayan və UNIX adını daşımağa icazə verilən əməliyyat sistemlərini əhatə edir. Apple Mac OS X v10.5 və sonrakı versiyalar BSD olaraq sertifikatlandırılmış olsalar da bunların çoxu UNIX System V kod bazalı ticari versiyalardır. Bir qismi isə (məs.: IBM z/OS) bu xüsusiyyəti POSIX uyğunlaşma təbəqəsi sayəsində qazanmışdır və əslində təbii olaraq UNIX əməliyyat sistemi deyildir.

Funksional UNIX redaktə

Bu məhsullar UNIX xüsusiyyətlərinə kobud şəkildə tabe olar, daha dəqiq bir şəkildə LinuxMinix kimi sistemlərdir və AT&T-nin kod bazası ilə nə tarixi əlaqələri var, nə də minlərlə dollar tutan ticarət reyestr qeydiyyatına alınmayıblar.

Həmçinin bax redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024