Ural iqtisadi rayonu Haqqinda Melumat - Vikipedia

Ural iqtisadi rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ural iqtisadi rayonu

Ural iqtisadi rayonuRusiya Federasiyasının 12 iqtisadi rayonundan biri. Əhalisi — 19,3 mln. nəfər, sahəsi — 824,0 min km², əhalinin sıxlığı — 24 nəfər/km².

Rusiya xəritəsində Ural iqtisadi rayonu

İxtisaslaşmış sahələr redaktə

Əsas ixtisaslaşmış sahələr — neftqaz hasilatı və emalı qara və əlvan metallurgiya, maşınqayırma (energetika, nəqliyyat, kənd təsərrüfatı), meşə, kimya, neft-kimya sənaye sahələridir. Kənd təsərrüfatında əsas sahələr taxıl və heyvandarlıq məhzulları istehsalıdır.

Coğrafi məlumatlar redaktə

Ural iqtisadi rayonu[1] Orta və Cənubi, qismən də Şimali Uralda, həmçinin Şərqi Avropa və Qərbi Sibir düzənliyinin bir hissəsini əhatə edir. İqtisadi rayonun ərazisindən Volqa çayı hövzəsinə daxil olan Kama, Vişera, Samara çayları, Ob çayı hövzəsinə daxil olan Tobol, İset, Tura və Tavda çayları, Ural çayı axır. Ural iqtisadi rayonuna daxil olan iri və orta çayların hidroenerji resurslarının potensialı 3,3 mln. kvt.-dır, Kama çayı üzərində Votlin və Kama su anbarları tikilmişdir. İqtisadi rayonun ərazisinin 43 faizi meşə örtüyünə malikdir, odun ehtiyatı — 3.5 mlrd. m³-dir.

Faydalı qazıntıları redaktə

Ural iqtisadi rayonu müxtəlif faydalı qazıntılarla zəngindir. Bu faydalı qazıntılar müxtəlif və mürəkkəb quruluşa malik olan ağır sənaye istehsal kompleksinin yüksək səviyyədə inkişafının əsasını təşkil edir. Qara və əlvan metallurgiya[2], ağır maşınqayırma, ağac emalı, mineral ehtiyatlar və qaz hasilatı ümumrusiya əhəmiyyətinə malikdir. Ural iqtisadi rayonunun sənayesi üçün xüsusilə istehsalın yüksək səviyyədə təmərküzləşməsi, sənaye tullantılarından geniş istifadə edilməsi, əsas nəqliyyat xəttlərinin kəsişməsi səciyyəvidir.

Maşınqayırma redaktə

Ural iqtisadi rayonu maşınqayırmametal emalı məhzullarına görə ölkənin aparıcı rayonlarından biridir. Ağır maşınqayırma sahəsində Uralmaş, Cənubi Uralmaş, Buzuluk zavodları, kimya maşınqayırması sahəsində Ural kimya maşınqayırma[3] və Qlazov zavodları, elektrik avadanlıqları istehsalı və elektrotexnika sənayesi sahəsində Turbomotor, elektrik avadanlıqları zavodları xüsusilə fərqlənir. Nəqliyyat maşınqayırması Nijni Tagildə[4]. yük vaqonları, Miassda və İjevskdə avtomobil, İjevskdə və İrbitdə motosikl, Çelyabinskdə ağır traktorlar, Orskda traktor qoşquları, Neftekamskda, Kurqanda avtobus istehsalı Ural iqtisadi rayonunun əsas sənaye müəssisələridir.

Kimya sənayesi redaktə

Əsas kimya sənayesi sahələri soda istehsalı (Berezniki, Solikamsk, Sterlitamak), müneral gübrələr (Bereznikidə və Solikamskda kalium, Bereznikidə, Permdə, Krasnouralskda azotfosfor),xlor, müxtəlif duzlar və s. sahələrdir. Ufa, Perm, Yekaterinburq, Orenburq, Salavat şəhərlərində neft-kimya sənayesi, Orsk və Qubaxada spirt, Çaykovskda sintetik kauçuk və s. sahələr inkişaf etmişdir.

Mənbə redaktə

  • Герасимов Я. И. Химическая термодинамика в цветной металлургии. Т. 1–7. / Я. И. Герасимов, А. Н. Крестовников, А. С. Шахов и др. — М.: Металлургиздат, 1960–1973.
  • Павленко Н. И. История металлургии в России XVIII века. Заводы и заводовладельцы. М.: Издательство АН СССР, 1962. — 566 с.

Xarici keçid redaktə

İstinadlar redaktə

  1. "Рельеф Урала". Физическая география России и СССР. Экологический центр «Экосистема». 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
  2. "Металлургическая промышленность в России и необходимость модернизации". 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
  3. "Новости Уралхиммаша в районных СМИ". 2013-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
  4. "БД ПМО Свердловской области. Город Нижний Тагил". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.

Saytda 163 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024