Uran (mifologiya) Haqqinda Melumat - Vikipedia

Uran (mifologiya) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Uran (mifologiya)

Uran (yun. Οὐρανός, səma, göy) — qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı[4][5], Geyanın əri, titanların[6], kiklopların və yüzqollu nəhənglərin atası. Oğlu Kron (Kronos) tərəfindən devrilmiş və kor edilmişdi. Bəzi mənbələrdə: Geya tərəfindən doğulmuş[7]; Efirin[8]Hemeranın[9] oğlu

Uran
q.yun. Οὐρανός
Mifologiya Yunan
Təsir sahəsi göy[1]
Adının izahı Səma, göy
Yunanca adı Οὐρανός
Cinsi kişi[d][1]
Atası Xaos[2], Efir[2][1] və ya Ofion
Anası Hemera[3] və ya Geya[3][1]
Qardaşı və bacısı Pont
Uşaqları Titanlar, təpəgözlər, yüzqollu hekatonxeyrlər, nəhənglər, erinilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünyanın hakimi redaktə

Yunan mifologiyasında bütün dünyada ən böyük tanrı Uran sayılır. O, yeri (Geyanı) qucaqlayaraq öz göy cismi ilə tamamilə örtmüşdür. O, ala buludların üzərinə qoyulmuş öz qızıl taxtında oturaraq bütün aləmi və tanrıları idarə edərmiş. Hesiod teoqoniyasına görə Geya Uranla nigaha girərək dağları, nimfaları, Pontu, altı kişi və altı qadın cinsli titanları, təpəgözləri, yüzqollu hekatonxeyrləri, nəhəngləri, eriniləri dünyaya gətirmişdir. Ondan törənmiş titanlar dəhşətli ilahi qüvvəyə malik idilər. Belə ki, titan Okean çox nəhəng olub yeri tamam bürümüşdür. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman - Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir. Kron buna əhəmiyyət verməyərək qardaş və bacıları titanları zülmətdən azad edir. Təkcə yüzqollulardan ehtiyat edərək onları tartarda saxlayır. Onun bu hərəkətinə tək Okean bəraət qazandırmır və ondan ayrılaraq yerin küncünə çəkilir və orada yaşayır. Kronun bu cinayəti dünyada bəd əməllərin meydana çıxmasına səbəb olur. Kronu cəzalandırmaq məqsədilə Niks bir sıra acıq, kədər, bədbinlik ilahələrini: Tanat - ölüm, Apata - yalan, Erida - qalmaqal, dəhşətli yuxu və s. dünyaya gətirmiş olur.

Afroditanın doğulması redaktə

Afroditanın doğulması haqqında bir çox rəvayətlər mövcuddur. Rəvayətə görə Kron atası Uranın axtalamaq məqsədilə cinsiyyət vəzisini əlindəki oraqla kəsərək dənizə atmışdır. Uranın törədicilik qabiliyyəti o qədər güclü olmuşdur ki, yerə düşən qan damcısından erinilərnəhənglər törəyir. Dənizə düşən qanlı cinsiyət vəzisindən ağ köpük əmələ gəlir ki, ondanda Afrodita yaranmış olur.

Xaos------>Geya------>Uran
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Titanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Okean
 
 
Krios
 
 
Hiperion
 
 
Teya
 
 
Temis
 
 
Feba
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kron
 
Koy
 
İapet
 
Reya
 
Mnemosina
 
Tefida
 
 
Kron atası Uranı cəzalandırır.

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Encyclopedia of Ancient Deities (ing.). 1 Jefferson: McFarland & Company, 2000. P. 484. 597 p. ISBN 0-7864-0317-9
  2. 2,0 2,1 Titanomaxiya.
  3. 3,0 3,1 Hesiod Θεογονία. 0700.
  4. Azərbaycan Sovet Ensiklopediyası
  5. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.549
  6. Гомер. Одиссея VII 243
  7. Гесиод. Теогония 127—129
  8. Титаномахия, фр.2 Ивлин-Уайт
  9. Гигин. Мифы. Введение 1

Mənbə redaktə

  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Həmçinin bax redaktə


Saytda 197 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024