Urfa Haqqinda Melumat - Vikipedia

Urfa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şanlıurfa

(Urfa səhifəsindən istiqamətləndirilmişdir)

Şanlıurfa (türk. Şanlıurfa) — Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzi.

Şanlıurfa
Şanlıurfa
37°09′30″ şm. e. 38°47′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 3.668,76 km²
Mərkəzin hündürlüyü 477 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.985.753 nəf. (2017)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 63 000
Nəqliyyat kodu 63
Digər
sanliurfa.bel.tr
Xəritəni göstər/gizlə
Şanlıurfa xəritədə
Şanlıurfa
Şanlıurfa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib.

Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə “Ər-Ruha” deyiblər. Hazırda “Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır. Şəhərdə Harran adının verildiyi otel, universitet, restoran, mağaza və başqa obyektlərə tez-tez rast gəlmək mümkündür. Urfalıların dediklərinə görə, Harran sözü İbrahimin (ə.s.) qardaşı və Lutun (ə.s.) atası olan Haranın adından gəlir.

Peyğəmbərlər şəhəri redaktə

Bu şəhər bütün dünyada, xüsusilə də İslam coğrafiyasında peyğəmbərlər şəhəri kimi tanınır. Bu tarixi bölgə həm də insanlığın başlanğıcı hesab edilir. Bəzi rəvayətlərə görə, Adəm (ə.s.) və Həvva bir müddət Urfada yaşayıblar. Deyilənlərə görə, “Böyük tufan”dan sonra Nuh (ə.s.) tərəfindən inşa edilən 18 şəhərdən biri də Urfa olub. Şəhər ərazisində tapılan “Balıqlı göl heykəli”nin nə az-nə çox, düz 11 min 500 illik tarixinin olduğu bildirilir.

Rəvayətə görə, o dövrün bütpərəst kralı Nəmrud İbrahim peyğəmbəri (ə.s.) Urfa qala divarlarının inşa olunduğu təpənin üzərindən mancanaqla oda atdırır. Lakin Allahın əmri ilə od suya, tonqaldakı odunlar isə balığa çevrilir. Bu barədə Qurani-Kərimin “Əl-Ənbiyə” surəsində bir ayə var: “Ey atəş, İbrahimin üzərinə soyuq və sərin ol”. Eyni zamanda Həzrəti-İbrahimin (ə.s.) doğulduğu mağara da “Balıqlı göl”ün yaxınlığında yerləşir. Hazırda həmin mağaranın üzərində “Mövludi-Xəlil” məscidi yerləşir. Məscidin içərisindən həmin mağaraya enmək mümkündür.

Həzrəti-İbrahimdən (ə.s.) başqa, Urfada yaşamış peygəmbərlərdən birinin də Həzrəti-Əyyub (s.ə.s.) olduğu deyilir. Peyğəmbərlər silsiləsində Allaha təslimiyyəti sayəsində göstərdiyi səbirlə tanınmış Həzrəti-Əyyubun (ə.s.) xəstələndiyi zaman yaşadığı mağara və suyundan içərək şəfa tapdığı bulaq da bu şəhərdə yerləşir. Əyyub (ə.s.) peyğəmbərin məzarının şəhərdən 20 km. məsafədə yerləşən Əyyub Nəbi kəndində olduğu bildirilir. Həzrəti-İbrahim kimi, Əyyub (ə.s.) Peyğəmbərin də adı ilə bağlı olan yerlərə ardı-arası kəsilmədən ziyarətçi axını gəlir. Xüsusilə də, İran və Suriyadan buraya hər il on minlərlə ziyarətçi təşrif gətirir.

Bunların arasında Əlyəsa (a.s.), Şuayb (ə.s.), Nuh (a.s.), Musa (a.s.), Lut (a.s.), Yaqub (a.s.) kimi peyğəmbərlər də olub. Hazırda bu peyğəmbərlərin adı ilə bağlı bu bölgədə onlarla yer adları mövcuddur. Urfa xristianlar üçün də müqəddəs şəhər hesab olunur. Rəvayətə görə, İsa Peyğəmbərin (a.s.) zamanında Urfa hökmdarı ağır xəstəliyə düçar olur və bu xəstəliyə çarə tapa bilməyən hökmdar İsa Peyğəmbərin (a.s.) yanına bir heyət göndərir. İsa Peyğəmbərlə (a.s.) görüşən həmin heyət bildirir ki, əgər İsa (a.s.) onların hökmdarını sağaldarsa, bütün Urfa xalqı onun dinini qəbul edəcək. İsa (a.s.) Urfaya gedə bilməyəcəyini bildirərək əlindəki dəsmalı üzünə sürtərək Urfadan gələn insanlara verir. Heyət geri dönərkən İsa peyğəmbərin (a.s.) dəsmalı Urfaya yaxın bir yerdə (Əyyub peyğəmbərin (a.s.) yaşadığı mağarada quyuya düşür.

Ancaq bir qədər əlləşəndən sonra dəsmalı quyudan çıxararaq hökmdara çatdıra bilirlər. Rəvayətə görə, hökmdar dəsmalı üzünə sürtərək düçar olduğu xəstəlikdən xilas olur və söz verdiyi kimi İsanın (a.s.) dininə iman gətirir. Bu dəsmal İsa Peyğəmbərin möcüzəsi olaraq, uzun illər Urfada saxlanılıb. Ancaq Abbasi xəlifəsi Məmun Bizansla müharibədə məğlub olduğu zaman bu dəsmalı bizanslılara verməli olub. Dəsmalın düşdüyü quyu hazırda xristianlar tərəfindən müqəddəs yer olaraq qəbul olunur. Hər il buraya xristian ölkələrindən minlərlə ziyarətçi gəlir.

Görməli yerləri redaktə

Balıqlı göl redaktə

Urfanın tarixi yerlərindən biri də “Aynzeliha gölü”dür. Söylənən rəvayətlərə görə, Həzrəti İbrahimin (a.s.) oda atılmasını əmr edən kral Nəmrudun bacısı Zeliha bütpərəstlikdən imtina edərək, İbrahimin (a.s.) dinini qəbul edir. İbrahimin (a.s.) kral Nəmrud tərəfindən oda atıldığını görən Zeliha dözə bilməyərək özünü atəşə atır və onun düşdüyü yerdən də su çıxmağa başlayır. Həmin suyun çıxdığı yer bu gün “Aynzeliha gölü” adlandırılır. Bu gölü “Balıqlı göl”dən kiçik bir yol ayırır və hər iki gölün suyu müxtəlif arxlar vasitəsilə bir-birinə qovuşur. Onu da qeyd edim ki, bu göllərdə yaşayan balıqlara yüz illərdir heç kim toxunmur. Deyilənlərə görə, insanlar ac olduqları dövrlərdə belə bu balıqların ətindən istifadə etməyiblər. Balıqları ovlamaq və ya onlara zərər vermək böyük günah hesab olunur. “Balıqlı göl”də olarkən müşahidə etdiyim xoşagəlməz bir məqamı da oxucularla paylaşmaq istəyirəm. Olduqca dəyərli hesab olunan bu balıqların yemlənməsinə heç kim nəzarət etmir. Ziyarətçilər gölün kənarında satılan və qiyməti 50 quruş (25 qəpik) olan yemlərdən alıb, balıqları rahatlıqla yemləyə bilirlər. Balıqların həddindən artıq yemlənməsi bir çox hallarda onların ölümünə səbəb olur. Şanlıurfa bələdiyyəsinin işçiləri isə ancaq ölü balıqları göldən çıxarmaqla məşğul olurdular.

Arxeoloji abidələri redaktə

Onu da qeyd etmək lazımdır ki, bölgənin gəzməli-görməli yerləri yalnız peyğəmbərlərin adları ilə bağlı olan məkanlarla məhdudlaşmır. Urfa peyğəmbərlər şəhəri olaraq tanınsa da, burada bütpərəstlik dövrünə aid olan tarixi məkanlar da mövcuddur. Xüsusilə, 12 min il əvvələ aid olduğu bilinən “Göbəklitəpə” məbədləri bu bölgənin nə qədər qədim tarixə sahib olduğunu göstərir. Urfa şəhərindən 17 km aralıda yerləşən bu məbədlərdə hazırda alman arxeoloq Klaus Şmidt tərəfindən tədqiqatlar aparılır.

E.ə. 855-ci ildə Assuriya kralı III.Salmanassar tərəfindən qurulan zaman bura "Şitamrat" adını daşıyırdı. Şəhər, tarix boyu Hitit, Assuriya, Med, Pers, Makedon, Selevkos ve Partların nəzarətində olmuşdur. Yunanlar buraya "Urima" adını vermişdilər. Suriyalılar ise "Kal'a Rhomeyta" və "Hesna d'Romaye" adlarını qoymuşdular. Cənub-şərqi Anadolu, Roma İmperatorluğu dövründə Orshoene əyaləti içində yer almış ve qala bu əyalətdəki ən əhəmiyyətli şəhərlərdən biri olmuşdur. Yavuz Sultan Səlimin zamanında Osmanlıların əlinə keçən şəhər, müasir dövrdə "Urumqala" və "Rumkale" adlarını alaraq Hələb Əyalətinə keçdi. Osmanlı dövründə sərhəd şəhəri xüsusiyyətini itirməklə strateji əhəmiyyətini də itirmişdir. 19-cu əsrdə əhalinin sayının azalması və Rumkalenin məhv olması ilə əlaqədar olaraq Məskunlaşma yeri Fıratın qarşıdakı sahilinə köçürülmüşdür və bugünkü Halfetinin yerində olmuşdur. Halfetinin 80 faizi "Birecik Barajı"nın qurulmasından ve evlerin su altında qalmasından sonra, 15 kilometr məsafədə yerləşən yeni yaşayış mərkəzinə köçürüldü. Daş memarlıq üslubunda tikilmiş evlərin və məscidlərin su altında qaldığı məkan, aradan keçən zamanda təbii gözəlliyi ilə diqqətləri cəlb edir və turistlərin böyük marağına səbəb olan bir yerə çevrilmişdir. Fırat Gölünün suları altında qalan Halfeti "Gizli cənnət ve "İtkin şəhər" olaraq da adlanır.

 
Halfeti

Qalereya redaktə

Xarici keçidlər redaktə


Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024