Uyğurlar Haqqinda Melumat - Vikipedia
Tatli.Biz

Uyğurlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Uyğurlar


Uyğurlar — Göytürk imparatorluğu dağıldıqdan sonra Qultuq Bilgə Gül xaqan 744 cü ildə Uyğur xaqanlığının əsasın qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türkdilli xalq, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir, islam dininə sitayiş edirlər.

Uyğurların aid şəxsi məlumatlar
Ümumi sayı
11 000 000
Yaşadığı ərazilər
Çin ÇXR 10 069 346 (2010)[1][2]
Qazaxıstan Qazaxıstan 237 582 (2012)[3]
Qırğızıstan Qırğızıstan 50 346 (2012)[4]
Özbəkistan Özbəkistan 19 526 (2000)[5]
Rusiya Rusiya 3 696 (2010)[6]
Türkmənistan Türkmənistan 1 204 (1995)[7]
Tacikistan Tacikistan 276 (2010)[8]
Ukrayna Ukrayna 197 (2001)[9]
Dili

Uyğur dili

Dini

İslam (əsasən sünnisufi)

Qohum xalqlar

Türk xalqları

Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir.

TarixiRedaktə

ŞəkilləriRedaktə

SayıRedaktə

  • Uyğurların məskunlaşdıqları ölkələrin əksəriyyətində ölkə əhalisinin etnik tərkibi haqqında məlumatlar ya yox deyiləcək qədər azdır (Türkiyə, Özbəkistan, Türkmənistan, Pakistan, Səudiyyə Ərəbistanı və s. ölkələr) ya da ki, xeyli ölçüdə təhrif olunduqdan sonra (Rusiya FR , Çin XR və s. ölkələr) dünya ictimaiyyətinə təqdim olunduğu üçün uyğurların saylarına dair əminliklə söylənilə biləcək rəqəmlər qətiyyən olmadığı kimi ehtimallar irəli sürməkdə olduqca çətindir, ancaq onların sayının minimum həddini ehtimal etmək mümkündür . Beləliklə ayrı-ayrı ölkələrin rəsmi rəqəmlərinə dayanaraq ehtimal etmək olarki 2012-ci ilin əvvəlində dünyada ən azı 11 milyon uyğur türkü yaşamaqdadır və onların 93%-ə qədəri Çin XR vətəndaşlarıdır, ancaq daimi olaraq Çində yaşayan və ya bu ölkənin təhlükəsizlik orqanları tərəfindən təqib olunaraq xarici ölkələrdə sığınacaq tapmış uyğur qaçqınlarının sayı dəqiq məlum deyildir.
  • Bununla belə Ümumdünya Uyğur Kongresinin məlumatlarına əsasən 2010-cu ilin sonu etibarı ilə dünyada yaşayan uyğurların ümumi sayı 21 milyon[10] nəfərdir . Onun 20 milyonu Çində[11], 1 milyonu isə əsasən Qazağıstan, Özbəkistan və Qırğızıstanda, qismən Tacikistan, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə, Türkmənistan, MisirMonqolustanda, az saylı diasporlar şəklində isə Avstraliyada, Yaponiyada, Kanadada, ABŞ-da, Albaniyada, Almaniyada, Norveçdə, İsveçdə, Niderlandda, Avstriyada, Belçikada, Danimarkada, Finlandiyada, Böyük Britaniya Krallığında, Fransadaİsveçrədə yaşayırlar.[10]

ÇindəRedaktə

Çin-də rəsmi siyahıya almalarda Uyğurların sayı[12]
Siyahıya alma tarixi Uyğurların sayı
1953 3,640,125[13]
1964 3,996,311
1982 5,986,869[14]
1990 7,214,431[15][16]
2000 8,399,393[17][16]

ÖzbəkistandaRedaktə

Özbəkistandakı Uyğur Mədəniyyət Mərkəzinin iddiasına əsasən 2004[18]-cü ilə olan qeyri-rəsmi təxminə görə bu ölkədə 200,000[18] nəfər uyğur yaşadığı ehtimal olunur.[19]

MonqolustandaRedaktə

ƏfqanıstandaRedaktə

Əsasən Əfqanıstanın Bədəxşan vilayətində (vilayət əhalisini əsasən özbəklər və taciklər, az sayda qırğızlar və uyğurlar təşkil edir) məskunlşamışdırlar. Sayları təxminən 3,000[20] nəfərdir.

Həmçinin baxRedaktə

Xarici keçidlərRedaktə

İstinadlarRedaktə

  1. 中华人民共和国国家统计局: 2-1 全国各民族分年龄、性别的人口
  2. The World Uyghur Congress :Brief History of East Turkestan Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine
  3. Агентство Республики Казахстан по статистике: Численность населения Республики Казахстан по отдельным этносам на 1 января 2012 года Arxivləşdirilib 2013-06-03 at the Wayback Machine
  4. Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения
  5. Etnic Atlas of Uzbekistan (2000 census) yoxlanılıb : 24.08.2010
  6. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  7. "Итоги всеобщей переписи населения Туркменистана по национальному составу в 1995 году. — Ashgabad.net". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyul, 2015..
  8. Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine
  9. Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001
  10. 1 2 The World Uyghur Congress :Uyghur Langue
  11. UNPO :East Turkestan
  12. The Xinjiang Incident’s causes are due to Unequal Ethnic Policy, Unequal demographic Policy, and Unequal Economic Policy
  13. Today's Muslim Population in China
  14. Taklamakan Uyghur Publishing home page : The Uyghurs’ Homeland
  15. "Extensive list of all the languages of China. Chinese languages". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
  16. 1 2 Ethnic Minority Elites in China’s Party-State Leadership: An Empirical Assessment[ölü keçid]
  17. China.org.cn : The Uygur ethnic minority
  18. 1 2 Uyghur American Association (UAA) - Uyghur Human Rights Project :Disappearing Diaspora in Uzbekistan Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine...Published in 08/4/2004
  19. The Migration Review Tribunal (the MRT) and the Refugee Review Tribunal  : Keywords: Uzbekistan – Uighurs – Discrimination – Forcible return to China – Separatist movements Arxivləşdirilib 2011-06-01 at the Wayback Machine
  20. Ethnologue.com :report for language code: uig

Uyğurlar haqqinda etrafli melumat


Uyğurlar, Vikipediya, Vikipedi, Wikipedia, Википедия, Uyğurlar haqqinda, ensklopediya, melumat birosu, meqaleler, melumatlar, haqqinda, azerbaycan, android, axtar, yeni, Uyğurlar Haqqinda Melumat - Vikipedia, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Q

Saytda 163 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021