Uzuntala məbədi Haqqinda Melumat - Vikipedia

Uzuntala məbədi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Uzuntala məbədi

Uzuntala məbədi — Qazax-Şəmşəddil sultanlığı ərazisində, Karvansaray rayonunun Uzuntala (25 may 1967-ci ildən-Onut, 12 fevral 1969-cu ildən-Aygehovit) kəndi yaxınlığında, kənddən 3 km cənub-qərbdə meşənin dərinliyində alban məbədi.[2]

Uzuntala məbədi
Xəritə
40°58′27″ şm. e. 45°15′06″ ş. u.
Ölkə
Yerləşir Uzuntala[1]
Material kərpic, andezit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Vaxtilə daş hasar içində olan məbəd kompleksinə 2 kilsə və yardımçı tikililər daxildir. Həmin daş hasarın isə bu gün ancaq özülü qalmaqdadır. Kompleksin ətrafında həm də qədim yaşayış məskəninin xarabalıqları mövcuddur.[3][4]

Memarlıq xüsusiyyətləri redaktə

Monastırın baş məbədi günbəzli zal formasındadır, yarımsütunlar çatma tağlarla birləşmiş və bu tağların üstündə 12 üzlü günbəz ucalmışdır. Məbəd bir neçə dəfə təmir olunmuş və əvvəlki görkəmi xeyli dəyişikliyə məruz qalmışdır. Hörgünün divar daşları bəzi yazılı daş və lövhələrlə əvəzlənmişdir ki, onlardan da birində "1201" tarixi qeyd olunmuşdur. Bu da həmin yerdə daha qədim bir məbədin mövcud olduğunu söyləməyə əsas verir. İstər Karvansara rayonu, istərsə də Uzuntala kəndi qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş, bu əraziyə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlanmışdır.[5]

İstinadlar redaktə

  1. 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
  2. https://drive.google.com/file/d/0B90u4QYRX8O5WG5USW9JQ3pxdVE/view?pli=1 Arxivləşdirilib 2015-07-24 at the Wayback Machine. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri.
  3. Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan" В., 1994, səh.127–132.
  4. О.Егиазарян. Исторические памятники Армянской ССР, V, Иджеванский район,. Ереван. 1947. səh. 45-46.
  5. Əziz Əliyev. Qərbi Azərbaycan Abidələri. Bakı.

Xarici keçidlər redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024