Vüqar Yusifov Haqqinda Melumat - Vikipedia

Vüqar Yusifov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vüqar Nurəddin oğlu Yusifov (2 noyabr 1976, Şiştəpə, Şamxor rayonuaprel 2016, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.

Vüqar Yusifov
Vüqar Nurəddin oğlu Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1976(1976-11-02)
Doğum yeri
Vəfat tarixi aprel 2016 (39 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 1993, 1993–2016
Rütbəsi Polkovnik
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Vətənə xidmətə görə" III dərəcəli ordeni "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı "Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı redaktə

Vüqar Yusifov 1976-cı ilin 2 noyabr günündə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirdi. Elə həmin il Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi aldı və bir il sonra həmin hərbi ali məktəbi bitirdi.

Vüqar Yusifov 2004-cü ildə Lalə Əliyeva ilə nişanlandı, 2006-cı ildə isə ailə həyatı qurdu. Bu nikahdan onların üç övladı var idi; Ayan Yusifzadə (d. 2007), Aytən Yusifzadə (d. 2009) və Yusif Yusifzadə (d. 2014).

Hərbi xidməti redaktə

Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu.

Aprelin 6-sı isə Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və polkovnik Yusifov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Xatirəsi redaktə

Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.

2019-cu ildə ARB Aran televiziyasında Vüqar Yusifovun döyüş yolundan bəhs edən "Vüqarlı dağlar" sənədli filmi çəkilmişdir.[1][2] Filmin rejissoru Röyal Əliyevdir.

İstinadlar redaktə

  1. ATV. "Şəhid Vüqar Yusifovun xatirəsi anıldı" (az.). Youtube.com. 02.11.2019. İstifadə tarixi: 2019-11-02.
  2. APA TV. "Aprel şəhidi polkovnik Vüqar Yusifovun doğum günü qeyd olunub" (az.). Youtube.com. 04.11.2019. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.

Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024