Vəssaf Haqqinda Melumat - Vikipedia

Vəssaf Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی‎, d.1257 -ö. 1329)— Elxanlı dövri tarixçisi, bürokrat və ədib.

Vəssaf
fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی
Doğum tarixi
Doğum yeri Şiraz, Elxanlılar dövləti
Vəfat tarixi
Vəfat yeri Marağa, Elxanlılar dövləti
Milliyyəti fars

Həyatı redaktə

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim 1257-ci ildə Şirazda doğulmuşdudu. Elxanlı hökmdarı Olcaytu xan tərəfindən ona verilən “Vəssafül-həzrət” və bunun qısaldılmışı olan “Vəssaf” ləqəbiylə tanınır. Atası Fəzlullah, Elxanlı dövlətinin Fars bölgəsi amillərindən idi. Vəssaf yaxşı bir təhsil aldıqdan sonra Elxanlılar dövlətində divan xidmətinə daxil oldu. 1297-ci ildə yazmağa başladığı "Tarix-i Vəśśaf" adlı əsərinin ilk üç cildini 13 Rəcəb 702 (3 mart 1303) tarixində vəzir və tarixçi Rəşidəddin Fəzlullah Həmədani ilə vəzir Sadəddin-i Savəcinin yardımıyla Qazan xana təqdim etdi. Kitabı incələyən Qazan xan, Vəssafa ehtiram göstərib, ehsanlar verdi; ondan özü Suriya səfərindən dönüncəyə qədər Sincarda qalmasını və əsərini yazmağa davam etməsini istədi. Vəssaf, müxtəlif kitablara ehtiyac duyduğunu və bir müddətdən bəri evindən uzaq qaldığını söyləyərək Qazan xandan bir il izin aldı. Yenə Rəşidəddin Fəzlullah Həmədaninin yardımıyla 24 məhərrəm 712 (1 iyun 1312) tarixində Sultaniyə şəhərində Sultan Olcaytu ilə görüşdü və əsərinin IV cildini hökmdara təqdim edərək onun təqdirini qazandı. Əsərin son cildini ancaq 1328-ci ildə tamamlaya bilən Vəssaf 1329-cu ildə vəfat etdi.

Ədəbiyyat redaktə

  • Əbdülməhəmməd Ayəti, Təĥrir-i Tarix-i Vəśśaf, Tehran, 1372, s. 329;
  • K. Jahn, “Tərcəmə-i Tarix-i Vəśśaf”, Rahnüma-yi Kitab, XVIII, Tehran, 1354/1975, s. 171;
  • R. G. Kempinərs Jr., “Vassāfs Tajziyat al-amsār wa tazjiyat al-asār as a Sourcə for thə History of thə Chaghadayid Khanatə”, JAH, XXII (1988), s. 160-187;
  • Erdoğan Mərçil, “Vassaf”, İA, XIII, 232-234;
  • P. Jackson, “Waśśāf”, EI² (İng.), XI, 174.

Xarici keçidlər redaktə

  • "Вассаф-Хазрет". Восточная литература. 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 февраля 2011.

Ən Son Axtarılanlar

Vinnitsa_vilayəti Vinnitsa_vilayəti Fayl:Digest_of_writtaz_statemazts_submitted_on_the_Presidazt's_1975_tax_proposals_-_prepared_for_the Fayl:No_nation_is_home_alone-_understanding_the_international_dimazsion_of_homeland_security_through Fayl:Vasif_Adıgözəlovun_Fəxri_Xiyabanda_qəbirüstü_abidəsi.jpg Fayl:A_secondary_course_in_agronomy_(IA_secondarycoursei77unit_0).pdf Fayl:Helium_Research_Center_internal_report_-_thermodynamic_consistency_of_helium-nitrogen_vapor-liq Fayl:Thermophysical_properties_of_Helium-4_from_2_to_1500_K_with_pressures_to_1000_atmospheres_(IA_t Fayl:Heat_capacity_and_thermodynamic_properties_of_?-lithium_hexafluoroaluminate,_Li3AlF6,_from_15_t Mixeil_SaakaÃÃÂ Fayl:Gas_properties_computational_procedure_suitable_for_electronic_calculators_(IA_gaspropertiescom Fayl:Thermophysical_properties_of_Helium-4_from_4_to_3000_R_with_pressures_to_15000_PSIA_(IA_thermop Fayl:Heat_capacity_and_enthalpy_measurements_on_aluminum_carbide_(Al4C3)_from_15_to_1173_?K._Thermod Mixeil_SaakaÅÃÂ Fayl:Heat_capacity_of_potassium_borohydride_(KBH4)_from_15_to_375_?K._Thermodynamic_properties_from_ Mixeil_Saakaşvili Mixeil_Saakaşvili Mixeil_Saakaşvili Mixeil_Saakaşvili Fayl:The_life_and_genius_of_Goethe_-_lectures_at_the_Concord_school_of_philosophy_(IA_lifegeniusofgo
Dostlarınla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024