VBİS Haqqinda Melumat - Vikipedia

VBİS Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Saytın idarəetmə sistemləri

(VBİS səhifəsindən istiqamətləndirilmişdir)

Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dilproqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır.

VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər.

  • Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir.
  • Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir.

VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s.

VBİS-nin yerinə yetirdikləri əməliyyatlar:

VBİS arxitekturası redaktə

Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir:

  • Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir.
  • Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər. Bu kompüterlərdə klient proqramlar qurulublar. Mənfi cəhəti – klientlərdən birində yerləşən proqram hər hansı cədvəllə işini qurtarmayınca, digər proqramlar bu cədvələ müraciət edə bilməzlər.
  • Klient-server arxitekturası – serverdə həm VB saxlanılır, həm də VBİS proqramı işləyir. Cədvəllə eyni zamanda istənilən sayda istifadəçilər işləyə bilərlər, lakin konkret yazının dəyişdirilməsi yalnız birinə icazə verilir. Mənfi cəhəti – etibarlılığı çox yüksək deyil. Server sıradan çıxarsa, bütün iş dayanır.
  • Paylanmış arxitektura – şəbəkədə bir neçə server fəaliyyət göstərir və effektivliyi artırmaq məqsədilə VB-nın cədvəlləri bu serverlər arasında paylanıblar. Hər bir serverdə VBİS-nin surəti işləyir. Xüsusi proqramlar (server əlavələri) istifadə olunur. Mənfi cəhəti yaradılmasının mürəkkəb və bahalı olması, server kompüterlərinə yüksək tələbatın olması.
  • İnternet-arxitekturası – VB və VBİS-nə müraciət standart protokol üzrə veb brauzerlərdən (veb səyyahlardan) yerinə yetirilir. Xüsusi klient proqramları işləmək lazım gəlmir.

Həmçinin bax redaktə

Keçidlər redaktə


Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024