Vahitahi Haqqinda Melumat - Vikipedia

Vahitahi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vahitahi (fr. Vahitahi) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Nukutavake atolundan 50 km şimalda yerləşir.

Vahitahi adası
fr. Vahitahi
Ümumi məlumatlar
Sahəsi 2,5 km²
Əhalisi 83 nəfər (2007-ci il)
Yerləşməsi
18°47′ c. e. 138°50′ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Vahitahi adası xəritədə
Vahitahi adası
Vahitahi adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya redaktə

Adanın sahəsi 2,5 km²-dir. Daxilində böyük laqun vardır. Laqun tam olaraq okeandan təcrid olunmuşdur.

İnzibati bölgüsü redaktə

İnzibati baxımından Nukutavake kommunasına daxildir.

Tarixi redaktə

Ada 1768-ci ilin[1] martında Lui Antuan Bugenvil tərəfindən kəşf edilir. O, adanı fr. Les Quatre Facardins olaraq adlandırır. 1769-ci ildə ada yaxınlıqlarından keçən Ceyms Kuk adanı Laqun adası[2] olaraq adlandırır.

Əhali redaktə

2007-ci il məlumatına görə adada 83 nəfər yaşayır. Mohitu əsas yaşayış məntəqəsidir. Adada uçuş-eniş zolağı vardır.

İstinadlar redaktə

  1. "South Sea Companion Place". 2007-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-09.
  2. "Captain James Cook Biography. Part 2: The First Voyage". 2008-10-15 tarixində arxivləşdirilib.

Mənbə redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024