Valeh Müslümov Haqqinda Melumat - Vikipedia

Valeh Müslümov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müslümov Valeh Əlizaid oğluAzərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

Valeh Müslümov
Müslümov Valeh Əlizaid oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lerik
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Ağdərə
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı
Atası Əlizaid
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Qoşun növü Xüsusi Təyinatlı Polis Dəstəsi
Xidmət illəri 1991-1992
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-cü ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.

Ailəsi redaktə

Subay idi.

Döyüşlərdə iştirakı redaktə

1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da[2] Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.

Mükafatları redaktə

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[1]

Lerik rayonunda dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb[3].

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2019.
  2. Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları / Redaktor: Kamil İsmayılov. — Bakı: Respublika Xatirə Kitabı Redaksiyası, 2005. S. 116.
  3. "Lerikdə Milli Qəhrəman Valeh Müslümovun xatirə muzeyinin açılışı olub". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.

Saytda 225 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024