Valentina Popova Haqqinda Melumat - Vikipedia

Valentina Popova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİSlovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu.[2][3] SSRİ əməkdar idman ustası (1984).

Valentina Popova
rus. Валентина Попова
Valentina Popova 1984-cü ildə
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi (63 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Təhsili
Boyu 170 sm[1]
Çəkisi 61 kq[1]
İdman növü Stolüstü tennis

Karyerası redaktə

Oyunçu redaktə

Valentina Popova karyerasına Azərbaycanda başlayıb.[4] Sumqayıt tennis məktəbinin yetirməsidir.[5] 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib.[2]

1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib.[3]

Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur.

Məşqçi redaktə

Hazırda qadınlardan ibarət stolüstü tennis üzrə Slovakiya yığma komandasının məşqçisidir.[3]

Şəxsi həyatı redaktə

1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1985-ci ildə ailə həyatı qurub. Bir oğlu var.

İstinadlar redaktə

  1. 1 2 Olympedia (ing.). 2006.
  2. 1 2 Dinamo, 2003. səh. 270
  3. 1 2 3 "Попова Валентина Ивановна". E-champs.com. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-02.
  4. ""2015 NN TABLE TENNIS CLUB ITTF EUROPE TOP-16 CUP" turnirinin təntənəli açılışı". Azsport.az.
  5. "AVROPA STOLÜSTÜ TENNİS İTTİFAQININ PREZİDENTİ SUMQAYITDA OLMUŞDUR". Azertag.az. 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.

Ədəbiyyat redaktə

  1. OLMA Media Qrupp. Dinamo. Ensiklopediya. 2003. 477.

Xarici keçidlər redaktə


Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024