Vanq Hao Haqqinda Melumat - Vikipedia

Vanq Hao Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vanq Hao (çin. 王皓; ing. Wang Hao 4 avqust 1989, Harbin, Çin) — Çin şahmatçısı, qrosmeyster (2005). 2009-cu ilin noyabrında Vang Hao 2700 Elo əmsalını keçən dördüncü Çinli şahmatçı oldu.

Vanq Hao
çin. 王皓
Ölkə Çin
Doğum tarixi (34 yaş)
Doğum yeri Harbin, Çin ÇXR
Təhsili
Titulu Qrossmeyster
Son reytinqi 2678 (Dekabr 2016)
Maksimal reytinqi 2752 (Yanvar 2013)
FİDE nömrəsi 8602883
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrossmeyster titulu redaktə

2005-ci ildə 16 yaşı olarkən Çinin 20-ci qrosmeysteri oldu.

Harri Kasparov, Vladimir KramnikBoris Gelfand kimi Vang Hao beynəlxalq usta (IM) almadan qrosmeyster olmuşdu. Vanq üç qrosmeyster normalarını bu tədbirlərdə ödəmişdi:

• 2005-ci ildə Moskvada keçirilən Aeroflot Open turnirinin A2 Qrupu; (Rusiya 14-24 fevral) 9-dan 6.5 xal ilə

• 2005-ci ildə Dubayda keçirilən Dubai Open turniri, (BƏƏ 4–12 aprel); 9-dan 7 xal

• 2005-ci il Kuala Lumpurda keçirilən 2-ci Dato Arthur Tan MAS Open turniri, (Malayziya 19–26 avqust); 11 oyundan 10 xal. Wangın ən uğurlu turnir qalibiyyəti 2005-ci ilin aprelində Dubai Open turnirində qeydə alındı.

Şahmat karyerası redaktə

53 qrosmeyster və 30 beynəlxalq ustanı geridə qoyaraq 2731 performansı ilə birinci oldu. 2005-ci ilin avqustunda parlaq oyun ilə 11 oyundan 10 xal ilə 2-ci IGB Dato Arthur Tan Malaysia Open turnirində 2843 performansına nail oldu. Həmin ilin oktyabrında Beijing Zonal 3.3 turnirində ikinci yeri tutdu.

2007-ci ilin sentyabrında Manilada keçirilən Asiya Şəxsi Çempionatında Zhang Pengxiangdan sonra ikinci oldu.

2008-ci ilin yanvarında Visakhapatnamda keçirilən Komandalar arasında 15-ci Asiya Çempionatında üçüncü lövhədə (5/6) hesabı ilə çıxışına görə şəxsi qızıl medal qazandı. Milli komanda da həmçinin qızıl medala layiq görüldü. 2008-ci ilin martında o, 23-cü Reykjavik Open turnirində 7 xal ilə qalib gəldi. 2008-ci ilin sentyabrında Ningboda keçirilən 5-ci Rusiya Çin matçında 5 oyundan 3.5 xal ilə 2844 performansını göstərdi.

2009-cu ilin noyabrında Rusiyada keçirilən Xantı-Mansi Dünya Kubokunda o, üçüncü raunda qədər mübarizə apardı.

2010-cu ilin mayında Sarayevoda keçirilən 40-cı Bosna beynəlxalq turnirində Zahar Efimenko və Viktor Bologanı geridə qoyaraq birincilik əldə etdi. 2010-cu il 24 may- 4 iyun tarixlərində o, Çin Çempionatında iştirak edərək 11 oyundan 7.5 xal ilə 2004-cü il çempionu Bu Xiangzhi və Zhou Jianchao ilə taybreyk qarşılaşmasına çıxdı. Wang hər iki oyunçuya qalib gələrək ilk dəfə Çin Çempionu oldu.

2012-ci ilin avqustunda İsveçrədə keçirilən Biel festivalında altı qələbə, bir heç-heçə və üç məğlubiyyətlə turnirin qalibi oldu. Turnir qələbə üçün üç xal şərtilə oynanılırdı və bu nəticəyə əsasən Hao Maqnus Karlseni bir xal geridə qoydu. Norveçdə keçirilən turnirdə isə üç qalibiyyət, üç heç-heçə və üç məğlubiyyətlə yarışın yeddincisi oldu. Bu yarışda Maqnus Karlsen və Vişvanatan Anand üzərində qələbə qazandı.

2014-cü ildə Şəmkir Beynəlxalq Şahmat Turnirində 9 oyundan 5 xal qazanaraq üçüncü yeri Etiyen Bakrotla paylaşdı. Vanq daha sonra Bilbaoda keçirilən SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) komandasının tərkibində şahmat üzrə klub komandaları arasında Avropa Kuboku yarışında Azərbaycanı təmsil edib.


Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023