Vaqif Bağırzadə Haqqinda Melumat - Vikipedia

Vaqif Bağırzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vaqif Bağırzadə

Mir Vaqif Mahmud oğlu Bağırzadə (Bağır-zadə) (24 iyun 1954, Bakı7 mart 2021, Bakı) — Azərbaycanın tanınmış mədəniyyət işçisi, Bakı Dövlət Sirkinin direktoru (2003–2020).

Vaqif Bağırzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti mədəniyyət xadimi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2014

Həyatı redaktə

Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb.

Vaqif Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib. Sirkə rəhbərlik etdiyi illər ərzində bir çox irimiqyaslı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, tanınmış xarici sirk ustalarının qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib.

Vaqif Bağırzadə mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.[1]

Vaqif Bağırzadə 2021-ci il martın 7-də dünyasını dəyişib

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.

Xarici keçidlər redaktə


Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024