Vaqif Bayramov (mayor) Haqqinda Melumat - Vikipedia

Vaqif Bayramov (mayor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vaqif Bayramov (mayor)

Vaqif Dilqəm oğlu Bayramov (25 dekabr 1979, Naftalan2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (mayoru[1]). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Vaqif Bayramov
Vaqif Dilqəm oğlu Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naftalan, Azərbaycan
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Mayor
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı redaktə

Vaqif Bayramov 1979-cu ilin 25 dekabr günündə Naftalan şəhərində anadan olub. Vaqif Bayramov ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb. Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.

Hərbi xidməti redaktə

Kapitan Vaqif Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İstinadlar redaktə

  1. ""Dördgünlük müharibə"-Şəhidliyin Vaqif Bayramov zirvəsi". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024