Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi Haqqinda Melumat - Vikipedia

Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi

Beşinci Koalisiyaya qarşı müharibələrindən biri

Varşava Hersoqluğunun Avstriya ilə 1809-cu il müharibəsiNapoleon Bonopartın Beşinci Koalisiyaya qarşı müharibələrindən biri.

Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi
Beşinci Koalisiya müharibəsi
Raşin döyüşü. Y.Suxodlinski
Raşin döyüşü. Y.Suxodlinski
Tarix 14 aprel — 14 oktyabr 1809-cu il
Yeri Varşava Hersoqluğu,
Qalisiya və Lodomeriya kralığı
Nəticəsi Varşava Hersoqluğunun qələbəsi: Şenbrunnski sülhü
Münaqişə tərəfləri

Varşava Hersoqluğu
Saksoniya krallığı

Avstriya imperiyası

Komandan(lar)

Yozef Ponyatovski

Ershersoq Avstriyalı-Este Ferdinand Karl
Avstriyalı Karl Yozef

Tərəflərin qüvvəsi

16-17 min nəfər

32-34 min nəfər

İtkilər

min nəfərə yaxın öldürülmüş,
iki min əsir düşmüşdü

1,5 min nəfər öldürülmüş,
7 min əsir düşmüşdü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1809-cu ildə Avstriya ilə müharibədə qələbə qazanıldı. Bu münaqişə Napoleonun beşinci koalisiyaya qarşı apardığı müharibənin bir hissəsi idi. Fransa ilə beşinci koalisiyanın müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 14 minlik hərbi korpus qalmışdı.

Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu SaksoniyaVarşava Hersoqluğuna hücum etdi. Ershersoq bütöv bir dövləti tutmağı planlaşdırırdı. Raşin ətrafında döyüşün nəticəsi olan konvensiyanın imzalanması başa çatmamış ershersoq Ferdinand Karl qəflətən hücum edərək müdafiəsi zəifləmiş Varşavanı ələ keçirdi. Lakin polyaklar əks hücuma keçərək və Pulav, Lublin, Sandomir, Zamoysk qalasını, Lvov, Radom və Krakovu azad etdilər.

Nəticədə Varşava Hersoqluğunun ərazisi 103 mindən 155 min km2-ə qədər artdı. Yeni ərazilərdə 4 departament - Lublin, Krakov, Radom və Sedlinski yaradıldı. Əhali sayı isə 2,6 milyondan 4,3 milyon nəfərə qədər yüksəldi[1].

İstinadlar redaktə

  1. Польша, история // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.|Энциклопедический словарь Брокгауза и Ефрона

Saytda 246 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024